Müsafir şəxs oruc tutmamalıdır. Ümumiyyətlə, namaz yarı olan yerlərdə oruc tutulmamalıdır. Namazını bütöv qılan müsafir (məsələn, işi səfər olan, on gün qalmağı qəsd edən) isə səfərdə orucunu tutmalıdır. Ramazan ayında səfərə çıxmaq haram deyil, lakin, orucdan boyun qaçırmaq üçün səfərə getmək məkruhdur. Əgər ramazan ayının oruclarından əlavə, vaxtı müəyyən olan digər bir oruc insana vacib olsa (məsələn, şaban ayının 15-də oruc tutmağı nəzir edib), vacib ehtiyata görə, həmin gündə səfərə getməməlidir.
Bir neçə halda orucun qəzası lazım deyil:
Maye olmayan şeyi ağzına qoyub, ixtiyarsız olaraq udsa və yaxud burnuna su çəkdiyi halda ixtiyarsız olaraq onu udsa;
b) Ramazan ayında araşdırma apardıqdan sonra sübhün olmamasını yəqin edib, bir şey yesə və sonradan sübhün olması məlum olsa;
v) Oruc olduğunu unudaraq suyu udsa;
Bir neçə halda orucun yalnız qəzası lazım olur, kaffarə isə vacib deyil:
1. Ramazan ayının gecələrinin birində cənabətli olub yatsa və sonra oyansa və sonra yenə də ikinci və yaxud üçüncü dəfə üçün yatıb oyanmadığı halda, vacib ehtiyata görə orucun qəzasını tutmalıdır. Lakin, birinci yuxudan oyanmasa, qəzası yoxdur və orucu da düzgündür.
2. Əgər orucu batil edən əməllərdən yerinə yetirməsə lakin, oruc niyyəti etməsə və ya orucunu yeməsini qəsd etsə və yaxud riyakarlıqla orucunu batil etsə.
Ramazan ayının orucunun kəffarəsi kimi iki ay oruc tutmaq istəyən bir kəs, vacib ehtiyata əsasən, onun 31 gününü ardıcıl tutmalıdır. Lakin, qeyd etdiyimiz 18 günlük orucu ardıcıl olaraq tutması lazım deyil. Əgər ardıcıl oruc tutmalı olan günlər arasında üzürsüz olaraq fasilə salsa, orucların hamısını əvvəldən başlamalıdır. Lakin, heyz, nifas kimi üzr, yaxud getməyə məcbur olduğu bir səfər qarşıya çıxsa, üzrü aradan getdikdən sonra davam etdirə bilər və yenidən başlaması lazım deyil. Bir şəxs öz orucunu haram şeylə batil etsə, vacib ehtiyata əsasən, kəffarəsini cəm halda verməlidir. Yəni həm bir qul …
Ramazan ayının orucunun kəffarəsi üç şeydən ibarətdir: 1-Bir qul azad etmək; 2-İki ay oruc tutmaq; — 3-Altımış fəqiri doyurmaq (Onların hər birinə bir müdd (təqribən, 750qm) buğda, arpa və bunlara oxşar qidalardan versə, kafidir). Bu günümüzdə qul azad etmək imkanı yoxdur.