Orucun haqqı
Orucun haqqı odur ki, biləsən, oruc, Allah-taalanın sənin dilinə, qulağına, gözünə, övrətinə və qarnına qoyduğu örtükdür. Onun vasitəsi ilə özünü atəşdən qoruyursan. Beləliklə, əgər orucu tərk etsən, Allah-taalanın sənə özünü Cəhənnəm atəşindən hifz etməkdən ötrü verdiyi pərdəni cırmısan. Necə ki, hədisdə var: Oruc Cəhənnəm atəşindən örtükdür.
Orucun haqqı odur ki, biləsən, oruc, Allah-taalanın sənin dilinə, qulağına, gözünə, övrətinə və qarnına qoyduğu örtükdür. Onun vasitəsi ilə özünü atəşdən qoruyursan. Beləliklə, əgər orucu tərk etsən, Allah-taalanın sənə özünü Cəhənnəm atəşindən hifz etməkdən ötrü verdiyi pərdəni cırmısan. Necə ki, hədisdə var: Oruc Cəhənnəm atəşindən örtükdür.
Beləliklə, əgər əzaların və üzvlərin o pərdənin arxasında rahatlansalar, günahdan amanda qalmaq ümidin olsun. Əgər örtüyü tərk etsən, həyəcanlı olarsan. Elə ki, hicab pərdələri götürüldü, nəzərin elə şeylərə düşər ki, ona baxmalı deyilsən. Özünü ondan saxlamaq qüvvəsini azaldarsan. Belə olan halətdə, heç də amanda olma ki, pərdə yırtılıb, ondan içəri düşməyəcəksən! Allahdan başqa heç bir güc və qüvvə gəlməz!
Ərəbcədən “tərəf» sözü məsdər olub, cəm şəkli “ətraf”dır.»Gizlincə bir tərəfə baxdı» dedikdə, mənası budur ki, gözünün çox hissəsini yumub, bir guşəsi, qorxu və ya həya ilə baxır.
“Cunub» sözü ərəbcədən məsdər olub, “cəhət» və “nahiyə» mənasındadır. “Filan kəsin cəhətində oturdum» yəni, onun nahiyəsində qərar tutdum.
ORUCUN İMAM SADİQ (Ə) NƏZƏRİYYƏSİNDƏ HİKMƏTİ
İmam Səccad (əleyhissalam) bu ibadətin hikmətini ən çox nəfsin qorunması və özünü günahdan qorumaqda görür. Çünki, günah ən çox dil, göz, qarın və cinsi meyllikdə azad olmaqda baş verir. Həzrət, orucu bütün bu əzaları günahdan saxlayan pərdə və örtük bilir.
Quran, həmin böyük və mühüm hikməti oruc barəsində bəyan edir. “Bəqərə» surəsində oxuyuruq:
“Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə yazıldığı kimi, sizin üçün də yazıldı. Bəlkə (bunun vasitəsi ilə) siz pis əməllərdən çəkinəsiniz!”
Ayədəki, “kitabət» (yazılmış) sözü vacib olmaq mənasındadır. Möminlərin müxatəb qərar verilməsi isə onlarda hökmü qəbul etmək qüvvəsinin çox olmasına görədir. Quran da orucun əsas hikmətini təqva və özünü günahdan qorumaq kimi tanıtdırır.
“Səvm» sözü, ərəbcədən lüğətdə “özünü saxlamaq» mənasındadır. Əgər sakitliyə “səvm» deyilirsə və ya keçmişdə “sakitlik orucu» varmışsa, ona görədir ki, bu halətdə insan söz danışmaqdan özünü saxlayır. “Məryəm» surəsində bu mənaya işarə olunur, buyurur:
“Əgər bir adam görcək olsan, işarə ilə belə de: Mən Allah yolunda sakitlik orucu tutmağı nəzir etmişəm və (nə qədər ki, orucam) bu gün heç kəslə danışmayacağam!”
ORUC, İSLAMDAN ƏVVƏL
Keçmiş ayədə qeyd edilmişdi ki: “Sizdən əvvəlkilərə vacib olduğu kimi sizə də oruc vacib olunmuşdur.» Məlum olur ki, bu “vaciblik» bir dəfə olub. Bu ibadətin çətinliyi təkcə müsəlmanlara yox, bəlkə də keçmişdəkilərə də aid olub. Ayədə, müsəlman ümmətinin orucunun keçmiş ümmətlərin orucuna bənzətməsi ədəd cəhətdəndir yaxud, başqa cəhətdən? Demək olar ki, təkcə bu ibadətin “vacibliyi» cəhətdən bənzətmişdir. Yəni, əvvəlkilərə vacib olduğu kimi sizlərə də müəyyən günlərdə vacib olur. Amma, bənzətmənin ədəd, zaman və vaxt cəhətdən də olması ehtimalı da vardır.
TÖVRATDA ORUC
Tövratda belə yazılıb: “Mən, Allahla sizin aranızda olan əhd lövhələrini almaqdan ötrü dağa çıxdıqda, qırx gün, qırx gecə orada qaldım. Nə çörək yedim, nə də su içdim!”
İNCİLDƏ ORUC
İncildə oxuyuruq: “İsa Ruhun əli ilə İblisin onu imtahan etməsindən ötrü biyabana aparıldığı zaman qırx gecə-gündüz oruc olduğuna görə ac qaldı.”
İSA (ƏLEYHİSSALAM)-DAN SONRA HƏVARİLƏRİN ORUCU
“Beləliklə, ona dedilər: Nəyə görə Yəhyanın şagirdləri çox oruc tutub, namaz qılırlar? Həmçinin, Fərisiyanların da şagirdləri o cür edirlər. Lakin, sənin şagirdlərin yeyib-içirlər? Bəlkə də, elə gün gələcək ki, onlardan bu fürsət alınar və o günlər oruc olarlar.”
Yuxarıdakı cümlələr, İncil və Tövratın cümlələri kimi nəql olunmuşdur. Biz o qədər anlayırıq ki, onlar da oruc tuturlarmış. Hər iki kitabda qırx ədədi zikr olunub. Lakin, orucların hansı keyfiyyətdə olmaqını bilmirik.
QURANDA ORUCUN VAXTI
Quran buyurur: «Oruc tutmaq, sayı müəyyən olan(bir ay) günlərdir. Bu günlərdə sizdən xəstə və ya səfərdə olanlar oruc tutmadığı günlər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyduracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir iş görərsə, (bir nəfərdən çox fəqiri doyurarsa) bu əməl onun üçün daha yaxşı olar. Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir!”
Ayədəki “mədudat» sözü, ərəbcədən “müəyyən və müşəxxəs» mənasındadır. Bu günlər barəsində iki nəzəriyyə var:
1. Məqsəd, Ramazan ayı deyil. Bəlkə də, hər ayın əvvəlində üç gündür və İbni Əbbasın dediyinə görə “Aşura» günü də əlavə olunur. O vaxt bu üç günü oruc tutmağı bəziləri müstəhəbb, bəziləri isə vacib bilirlər.
2. İkinci nəzəriyyə budur ki, ayədə məqsəd Ramazan ayıdır. Təfsirçilərin əksəriyyəti bu nəzəriyyəni qəbul etmiş və demişlər: Allah-taala, qısa şəkildə orucu bir və ya iki gün bəyan etmişdir. Sonra buyurmuşdur: Müəyyən günlər. Daha sonra isə müəyyən günlərdən məqsədin Ramazan ayı olduğunu bildirmişdir. Bu nəzəriyyə, ən möhkəm və təfsirçilərin ittifaqa gəldikləridir. Həmçinin, ayədə heç bir ləğv hökmünə də ehtiyac duyulmur. Ayədən, xəstə və ya səfərdə olub, Ramazan ayında oruc tuta bilməyənlərin iftar etməmələrinin vacib olması da aydın başa düşülür. Allah taala, Ramazan ayının qəza orucunu yalnız, səfərə çıxmaq və xəstə olduqdan sonra sağalmağın müqabilində qərar vermişdir. Əbdürrəhman ibni Ovfdan nəql olunur ki, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql edir, buyurur:
“Səfərdə oruc tutan, vətənində iftar edən şəxs kimidir.”
Həmin mövzunu rəvayətçilər, İmam Sadiq (əleyhissalam)-dan nəql edirlər, buyurur: “Ramazan ayında səfərdə olub oruc tutan, vətənində iftar etmiş şəxs kimidir.»(Hər ikisi batildir.)
“Məcməul-bəyan» təfsirinin müəllifi bu ayənin şərhində belə yazır: «Ravi Əyyaşi, İmam Sadiq (əleyhissalam)-dan nəql edir ki, həzrət buyurur: İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) səfərdə olarkən nə müstəhəb və nə də vacib oruclardan tutardı. O vaxta kimi ki, “Kerail-ğənim» adlı yerdə zöhr namazı vaxtı bu ayə nazil olur. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) bir qab su istədi və ondan içdi. Cəmiyyətə də ərz etdi ki, su içsinlər. Bir dəstə dedilər: Günün batmağına bir şey qalmayıb, əgər orucu tamamlasaydıq yaxşı olardı.
İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) onları “günahkarlar» adlandırır və Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in vəfatına qədər onları bu adla çağırırdılar.”
www.faktxeber.com
Salam.Əgər bir qadın ramazan orucunu tutarsa,həyat yoldaşı buna icazə vermirsə,qadını təhqir edib danlayırsa ,Həmən qadın gizlin oruc tuta bilər?Əvvəlcədən sizə minnətdarlığımı bildirirəm.