Bismillahir Rəhmanir Rəhim
Allah-taala Qurani Kərimin Mumin (Ğafir) surəsinin 60-cı ayəsində buyurur: «Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim.»
Həmçinin həzrət Peyğəmbər (s) buyurmuşdur: «Dua möminin silahıdır.»
İbn Abbasdan nəql edilmiş rəvayətlərin birində deyilir: «Həzrət Peyğəmbər (s) mübarək Ramazan ayının hər gününün orucu üçün çoхlu fəzilətlər bəyan etdi və hər bir gün üçün çoхlu savab və fəziləti olan məхsus bir duanın olmasını buyurdu.»
AĞABALA MEHDİYEV
www.imamhuseyn.org
Gündəlik dualara keçid
Sorğu-sual insan yaranışının başlanğıcından özünü göstərmiş, öz yaşıl qanadına mələkləri oturtmuş, saralmış yarpağına şeytanı sovurmuş və bu arada insanlıq məqamını göstərmişdir. Əmirəlmö`minin Həzrət Əli (ə) necə də gözəl buyurmuşdur:
Bağışlayan və Mehriban Allahın adı ilə.
İslami hədislərə əsasən belə ehtimal edilir ki, Ramazan ayının 19, 21, 23-cü gecələrindən biri Qədr gecəsidir. Qədr gecəsi Quranın nazil olduğu gecəsidir. Belə ki, Allahu-təala (c.c.) Qurani-Kərimdə buyurur:
“Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi nazil etdik!” (Qədr surəsi, ayə 1)
Xristiyanlıqda oruc:
Xristiyanlıqda oruc kilsənin üçüncü əmridir.Quranın bildirdiyinə görə oruc xristiyanlara da vacib buyurulmuşdur. Xristiyanlıqda oruc və pəhriz etmək eyni anlamdadır. Orucun məqsədi günahların cəzasını bu dünyadan başlayaraq çəkməkdir. Incil oruca böyük önəm verir. Ancaq oruc
un vaxtları, onların qanunları xristiyan məzhəblərində fərqlidir. Xristiyanlıqda oruc tutmaq 21 yaşından başlayır. Onlar 60 yaşa qədər oruc tuturlar. Roma qəraralarına əsasən 1966-cı ildə oruc yazılı olaraq təsbit edilmişdir. Bir xristiyan pəhriz üçün oruc tutursa ən azı 14 yaşında olmalıdır. Xristiyanlıqda iki növ oruc vardır. Bunlar (Okaristik) şükr orucu və (Ekleziyastik) kilsə orucundan ibarətdir. Bu iki …
Ağanın məscidində Şeyx Əli adlı bir xidmətçi vardı. Bu şəxs özü hal əhli idi. Bir dəfə ondan ötən il ağanın məclisdə olub-olmadığı barədə soruşduq. Dedi ki, üç ehya gecəsindən ikisində iştirak etdi və mərasim çox gözəl oldu. Gecə haqqında belə buyurdu: “Həmin gecə ağanın halı çox dəyişdi və huşunu itirdi. Bir müddət sonra ayılıb buyurdu: “Camaata deyin ki, hamı ehtiyacını istəsin.” Sonra yenidən huşunu itirdi. Ayılandan sonra nə baş verdiyini soruşduq. Buyurdu ki, imam Mehdi (ə) həmin vaxt məclisdə idi.
«Allah adamları»
Otuz cüzdən ibarət olan Quranın bir gecədə peyğəmbərin qəlbinə nazil olması şübhə doğura bilər. Görən, belə bir iş mümkündürmü? Bu söz Quranın 23 il ərzində nazil olması ilə uyğunlaşırmı?
İslam düşmənlərinin peyğəmbərə qarşı etirazlarından biri də Quranın nə üçün bir dəfəyə nazil olmaması idi. Quran bu barədə buyurur: “Sənin ürəyinə səbat, qətiyyət vermək üçün biz onu ayə-ayə tədriclə nazil etdik.” Qurani-Kərim altı mindən çox ayədən ibarətdir. Cəbrailin bu qədər ayəni bir gecədə təbii şəkildə peyğəmbərə oxuması təsəvvürolunmazdır.
Qədr gecəsinin əhəmiyyəti hamıya aydındır. İlin gecələri arasında onun tək şərafətlisi yoxdur. Qədr gecəsi bir il üçün talehlərin yazıldığı, ilahi bərəkətin nazil olduğu gecədir. Onun fəziləti min ayın fəzilətindən artıqdır.
Bu gecədə ilahi mələklər haqqın layiq bəndəsinə nazil olar. Bu gecədə Allahın xüsusi mərhəmət qapıları hamı üçün açıqdır. Layiq insan ibadət və bu gecəni oyaq qalmaqla bəhrələnmək ümidindədir.
Gərək özü «Qədr gecəsi» adlanan Fatimə (s) bu gecəni necə keçirir. Fatimə (s) bu gecəyə o qədər əhəmiyyət verir ki, gecə oyaq qalmaları üçün azyaşlı övladlarını əvvəlcədən hazırlayır. İstəyir ki, körpələr sübhədək ibadət edib, …
Qədr gecəsinin iyirmi birinci gecəsi, qədr gecələrindən biridir. On doqquzuncu gecəyə münasibətdə iyirmi birinci gecənin qədr gecəsi olması daha çox ehtimal edilir. Bu əziz gecənin əhəmiyyət və əzəməti Qurani-kərimdə aydın şəkildə bəyan olunmuşdur. Fürsəti qənimət saymalı, ömrümüzün bu dəyərli anlarının boşa getməsinə yol verməməliyik. Olsun ki, kimlərsə rəvayətlərdə buyurulan, alimlərin nəql etdiyi məlumatlara şübhə ilə yanaşır. Amma Qurana zərrəcə imanı olan kəs qədr gecəsinin dəyərini inkar etmir. Allah-taala öz səmavi kitabında aydın şəkildə buyurur: