Qədr gecəsi rubrikasındakı nəşrlər
Qədr gecəsi »
Ağanın məscidində Şeyx Əli adlı bir xidmətçi vardı. Bu şəxs özü hal əhli idi. Bir dəfə ondan ötən il ağanın məclisdə olub-olmadığı barədə soruşduq. Dedi ki, üç ehya gecəsindən ikisində iştirak etdi və mərasim çox gözəl oldu. Gecə haqqında belə buyurdu: “Həmin gecə ağanın halı çox dəyişdi və huşunu itirdi. Bir müddət sonra ayılıb buyurdu: “Camaata deyin ki, hamı ehtiyacını istəsin.” Sonra yenidən huşunu itirdi. Ayılandan sonra nə baş verdiyini soruşduq. Buyurdu ki, imam Mehdi (ə) həmin vaxt məclisdə idi.
«Allah adamları»
Qədr gecəsi »
Otuz cüzdən ibarət olan Quranın bir gecədə peyğəmbərin qəlbinə nazil olması şübhə doğura bilər. Görən, belə bir iş mümkündürmü? Bu söz Quranın 23 il ərzində nazil olması ilə uyğunlaşırmı?
İslam düşmənlərinin peyğəmbərə qarşı etirazlarından biri də Quranın nə üçün bir dəfəyə nazil olmaması idi. Quran bu barədə buyurur: “Sənin ürəyinə səbat, qətiyyət vermək üçün biz onu ayə-ayə tədriclə nazil etdik.” Qurani-Kərim altı mindən çox ayədən ibarətdir. Cəbrailin bu qədər ayəni bir gecədə təbii şəkildə peyğəmbərə oxuması təsəvvürolunmazdır.
Qədr gecəsi »
Qədr gecəsinin əhəmiyyəti hamıya aydındır. İlin gecələri arasında onun tək şərafətlisi yoxdur. Qədr gecəsi bir il üçün talehlərin yazıldığı, ilahi bərəkətin nazil olduğu gecədir. Onun fəziləti min ayın fəzilətindən artıqdır.
Bu gecədə ilahi mələklər haqqın layiq bəndəsinə nazil olar. Bu gecədə Allahın xüsusi mərhəmət qapıları hamı üçün açıqdır. Layiq insan ibadət və bu gecəni oyaq qalmaqla bəhrələnmək ümidindədir.
Gərək özü «Qədr gecəsi» adlanan Fatimə (s) bu gecəni necə keçirir. Fatimə (s) bu gecəyə o qədər əhəmiyyət verir ki, gecə oyaq qalmaları üçün azyaşlı övladlarını əvvəlcədən hazırlayır. İstəyir ki, körpələr sübhədək ibadət edib, …
Qədr gecəsi »
Qədr gecəsinin iyirmi birinci gecəsi, qədr gecələrindən biridir. On doqquzuncu gecəyə münasibətdə iyirmi birinci gecənin qədr gecəsi olması daha çox ehtimal edilir. Bu əziz gecənin əhəmiyyət və əzəməti Qurani-kərimdə aydın şəkildə bəyan olunmuşdur. Fürsəti qənimət saymalı, ömrümüzün bu dəyərli anlarının boşa getməsinə yol verməməliyik. Olsun ki, kimlərsə rəvayətlərdə buyurulan, alimlərin nəql etdiyi məlumatlara şübhə ilə yanaşır. Amma Qurana zərrəcə imanı olan kəs qədr gecəsinin dəyərini inkar etmir. Allah-taala öz səmavi kitabında aydın şəkildə buyurur:
Qədr gecəsi »
«Təfsiri-Safi»də İbn-Abbasdan belə nəql olunur: Həzrət Peyğəmbərə (s) Allaha xatir cihad üçün min ay çiynində silah gəzdirən Bəni-İsrailli bir şəxs haqqında danışdılar. Peyğəmbər (s) heyran qaldı və arzu etdi ki, onun da ümmətindən beləsi çıxaydı! Həzrət (s) dua üçün əl açdı və dedi:
Qədr gecəsi »
Bağışlayan və Mehriban Allahın adı ilə.
Bəli biz ötən sayımızda Qədr gecəsinin fəziləti və bu haqda nəql olunan hədislər haqqında məlumat verdik. İndi isə bu gecədə edilən bəyənilən və savab olan əməlləri sizə təqdim edirik.
Əhya saxlayan şəxsə aşağıdakı əməlləri yerinə yetirmək müstəhəbdir (savabdır):
Məsləhətli, Qədr gecəsi »
Bağışlayan və Mehriban Allahın adı ilə.
İslami hədislərə əsasən belə ehtimal edilir ki, Ramazan ayının 19, 21, 23-cü gecələrindən biri Qədr gecəsidir. Qədr gecəsi Quranın nazil olduğu gecəsidir. Belə ki, Allahu-təala (c.c.) Qurani-Kərimdə buyurur:
“Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi nazil etdik!” (Qədr surəsi, ayə 1)