Fitr bayramı rubrikasındakı nəşrlər
Fitr bayramı »
Bu namaz imamın hüzuru dövründə vacibdir və camaatla qılınmalıdır. Amma imam qeybdə olduğu vaxt bu namaz müstəhəbdir və həm camatla, həm də fərdi qılına bilər. Fitr və qurban bayramı namazlarının vaxtı günəş doğandan günortayadəkdir. Amma müstəhəbdir ki, qurban bayramının namazı günəş qalxdıqdan sonra, fitr bayramının namazı günəş qalxdıqdan sonra iftardan, fitrə zəkatı verildikdən sonra qılınsın.
Fitr bayramı »
Fitr bayramı gecəsinin qürubundan qabaq həddi-büluğa çatmış, aqil və imkanlı olan bütün şəxslərə zəkatın fitrəsi vacibdir. Yəni gərək özü və onun çörək yeyənləri (ailə üzvlərindən biri kimi) sayılan hər nəfər üçün, buğda, arpa, xurma, kişmiş, düyü, qarğıdalı və s. kimi o məntəqənin yemək növlərindən sayılan qidalardan bir sa (təqribən 3 kq.) müstəhəqqə verməlidir. Əgər bunlardan hər hansının pulunu versə, kifayatdir. İmkanlı şəxs dedikdə iş, alver yolu ilə özünün və ailəsinin illik xərclərini ödəyə bilənlər nəzərdə tutulur. Belə olmayan şəxs fəqirdir, ona fitrənin zəkatı vacib deyil və fitrə zəkatını ala bilər.
Fitr bayramı »
Vacib ehtiyata əsasən, zəkatın fitrəsini müsəlman, on iki imam şiəsi olmaq şərti ilə yalnız fəqir və miskinlərə verməlidirlər. Habelə, ehtiyaclı olan şiə uşaqlarına da, onlar üçün istifadə edib, yaxud uşaqların başçıları vasitəsi ilə onlara sahib çıxmalarından asılı olmayaraq, fitrə vermək olar. Fitrə alan fəqirin adil olması lazım deyil. Lakin, vacib ehtiyata əsasən, içki içən və ya açıq-aşkar böyük günahlar edən, həmçinin, fitrəni Allaha günah edilən yerlərdə istifadə edən şəxslərə fitrə verilməsin.
“Şəri suallara cavablar”
Fitr bayramı »
Vacib ehtiyata əsasən, fəqirə illik xərclərindən artıq və bir sadan (təqribən 3 kq.) az verilməsin.) Əgər bir sanın yerinə, bir sa adi ərzağın qiyməti qədər olan yarım sa yaxşı mal verilsə kifayat deyil. Əgər onu fitrənin qiyməti məqsədi ilə də versə, eybi var. İnsan, hər ikisinin qarışığı o məntəqənin adi yeməklərindən sayıldığı halda, sanın yarısını bir növdən (məsələn, buğdadan), yarısını isə başqa növdən (məsələn, arpadan) verə bilər. Fitrənin zəkatı verildikdə ehtiyaclı qohumları yadlardan, sonra ehtiyaclı qonşuları digərlərindən, habelə, ehtiyaclı olan elm əhlini elm əhli olmayanlardan önə salmaq müstəhəbdir.
Fitr bayramı »
Malın zəkatında olduğu kimi, fitrənin zəkatında da qürbət qəsdi lazımdır. Yəni, Allahın əmrinə itaət etmək məqsədi ilə fitrə zəkatı verilməlidir və fitrə niyyəti də şərtdir. Fitrə zəkatını ramazan ayından qabaq vermək olmaz. Verdiyi halda isə, Fitr bayramı günü yenidən verməlidir. Vacib ehtiyata əsasən, mübarək ramazan ayında da verməsin. Lakin, əgər ramazan ayından əvvəl, yaxud ramazan ayında fəqirə borc versə, ona fitrə vacib olandan sonra öz borcunu fitrə yerinə hesab etməsinin maneəsi yoxdur.
Fitr bayramı »
1. Gərək insan özü ayı görsün.
2. Sözlərindən yəqinlik hasil olan bir neçə şəxs “biz ayı gördük” desinlər.
3. Şaban ayının əvvəlindən otuz gün keçsin (beləliklə Ramaza ayının əvvəli olduğu sübuta yetir). Həmçinin Ramazan ayının əvvəlindən otuz gün keçmiş olsun ki, bununla da, Şavval ayının biri, yəni, Fitr bayramı olması sübut olunur.
4. İki adalətli (günahlardan çəkinən və vacibləri yerinə yetirən) kişi “gecə ayı gördük” demiş olsun.
5. Camiuş-Şərait muctəhid ayın əvvəlinin olması haqqında hökm versin. Ayın əvvəlinin olması həmçinin, Fitr bayramı bu yollarla sübuta yetir.
Dəyərli İslam alimlərinin rəyinə əsasən, Ramazan ayının əvvəlinin və …
Fitr bayramı »
Bu bayram, Ramazan ayı başa çatdıqdan sonra, növbəti ayın-Şəvval ayının biri qeyd edilir. Həmin bayrama “Fitr” bayramı deyilir. “Eydeyn”dən, yəni, “iki bayram”dan (Qurban və Fitr bayramları) biridir bu bayram. Bu iki bayramda oruc tutmaq haramdır. Müsəlmanlar geridə qoyduqları Ramazan ayını ibadət və orucla keçirdikləri üçün, həmin ay çıxdıqdan sonra Şavval ayının ilk gününü oruc tutmayıb bayram edirlər. Həmin gün, möminlərin Ramazan ayında etdikləri yaxşı əməllərin mükafatını aldıqları gündür.