Главная » Müxtəlif

Orucun kəffarəsi

12 августа 2010 Нет комментариев

Ramazan ayının orucunun kəffarəsi üç şeydən ibarətdir: 1-Bir qul azad etmək; 2-İki ay oruc tutmaq; — 3-Altımış fəqiri doyurmaq (Onların hər birinə bir müdd (təqribən, 750qm) buğda, arpa və bunlara oxşar qidalardan versə, kafidir). Bu günümüzdə qul azad etmək imkanı yoxdur. Bu baxımdan, iki şeydən birini icra etməyə ixtiyarı var. Həmçinin, buğdanın yerinə bir müdd miqdarında olan çörək də verə bilər. Əgər bu üç işdən heç birini yerinə yetirmək imkanı olmasa, neçə müddə imkanı çatsa, fəqirə verməlidir. Əgər buna da imkanı çatmazsa, on səkkiz gün oruc tutmalıdır. Əgər bunu da edə bilməsə, neçə günə imkanı çatsa oruc tutmalıdır. Əgər bunu da edə bilməsə, tövbə etməlidir. Qəlbində “Əstəğfirullah” deməsi də kafidir və sonradan imkanı çatdıqda kəffarə verməsi vacib deyil.

«Şəriət hökmlərin izahı»

Şəhr yazma dayandırılıb.