Ümumiyyətlə mübarək Ramazan ayı insan yetişdirmə proqramıdır. Proqram bundan ibarətdir ki, naqis insanlar bu ayda özlərini sağlam insanlara, sağlam insanlar isə kamil insanlara çevirsinlər. Mübarək Ramazan ayı nəfsin təmizlənməsi, eyb və nöqsanların aradan qaldırılaraq islah edilməsi, əql, iman və iradənin nəfsi istək və şəhvətlərə qələbəsi, dua, Haqqın pərəstişi, Allaha doğru yüksəliş, ruhun təkamülə doğru aparılması və zərifləşdirilməsi proqramıdır.
İrfan alimləri orucun üç dərəcəsini qeyd ediblər. Ümumi oruc, xüsusi oruc, məxsus oruc. “Ümumi oruc”, yəni qarnı yemək-içməkdən, övrəti, şəhvətdən və cinsi meyllərdən hifz etmək. Amma “məxsus oruc”, yəni bunlardan əlavə, qulağı, gözü, dili, əl və ayaqları və s. əzaları günahdan saxlamaq. Orucun bu mərtəbəsinə İmam Sadiq (əleyhissalam) belə işarə edir, buyurur: “Oruc tutarkən qulağın, gözün, tükün, dərin və başqa əzaların da oruc olsun. Oruc tutduğun gününlə, oruc tutmayıb tox olduğun gün eyni olmasın.” Başqa bir xəbərdə buyurur:
Allahın Peyğəmbəri (s): «Oruc tutmağı sənə tövsiyə edirəm ki, oruc şəhvət damarlarını kəsər və lovğalığı aradan götürər.»
Allahın Peyğəmbəri (s): «Hər şeyin zəkatı var, bədənin zəkatı da orucdur.»
Allahın Peyğəmbəri (s): «Oruc tutun ki, sağlam olasınız.»
Allahın Peyğəmbəri (s): «Oruc tutan öz yatağında yatsa belə, müsəlmanının qeybətini etməyincə, Allaha ibadət halındadır.»
Bu namaz imamın hüzuru dövründə vacibdir və camaatla qılınmalıdır. Amma imam qeybdə olduğu vaxt bu namaz müstəhəbdir və həm camatla, həm də fərdi qılına bilər. Fitr və qurban bayramı namazlarının vaxtı günəş doğandan günortayadəkdir. Amma müstəhəbdir ki, qurban bayramının namazı günəş qalxdıqdan sonra, fitr bayramının namazı günəş qalxdıqdan sonra iftardan, fitrə zəkatı verildikdən sonra qılınsın.
Fitr bayramı gecəsinin qürubundan qabaq həddi-büluğa çatmış, aqil və imkanlı olan bütün şəxslərə zəkatın fitrəsi vacibdir. Yəni gərək özü və onun çörək yeyənləri (ailə üzvlərindən biri kimi) sayılan hər nəfər üçün, buğda, arpa, xurma, kişmiş, düyü, qarğıdalı və s. kimi o məntəqənin yemək növlərindən sayılan qidalardan bir sa (təqribən 3 kq.) müstəhəqqə verməlidir. Əgər bunlardan hər hansının pulunu versə, kifayatdir. İmkanlı şəxs dedikdə iş, alver yolu ilə özünün və ailəsinin illik xərclərini ödəyə bilənlər nəzərdə tutulur. Belə olmayan şəxs fəqirdir, ona fitrənin zəkatı vacib deyil və fitrə zəkatını ala bilər.