Dünya həyatı elədir ki, istər-istəməz insanın diqqətini maddi işlərə cəlb edir. Lakin həqiqət budur ki, insan Allaha yaxınlaşmaq üçün yaradılmışdır. O, həyatın bütün yönümlərindən bu məqsədə çatmaq üçün istifadə etməlidir. Bu məqsədə çatmaq üçün ən yaxşı yollardan biri hər gün ömrün bəzi anlarında diqqəti xaliscəsinə ilahi dərgaha yönəltməyə sərf etməkdir. İlahi dərgaha olan bu diqqət daha çox namazda əks olunur. Namazda qunut və digər hallarda dualar oxunur. Rəvayətlərdə namazdan əvvəl və namazdan sonra üçün dualar nəql olunmuşdur. Lakin namazın özünü də bir növ dua hesab etmək olar. “Səlat” (namaz) sözünün …
Həzrət Əli (ə) bu növ ümidlər barəsində buyurmuşdur: “Öz gümanı ilə iddia edir ki, Allaha ümidvardır. Böyük Allaha and olsun ki, yalan deyir. Nə üçün onun ümidvarlığı əməlində görünmür? Hər kim ümidvardırsa, onun ümidvarlığı əməlində görünür. Böyük işlərdə Allaha, kiçik işlərdə isə bəndələrə ümid bağlamışdır. Bəndənin haqqını əda edir, Allahın haqqını isə o qədər də yox. Nə üçün Allahın haqqına qarşı səhlənkarlıq göstərib ona insanların haqqından daha az riayət edirsiniz?!” Həzrət buyurur: “İnsan nəyəsə ümidvar olduqda ona çatmaq üçün çalışır. Ümid insanı hərəkət və təlaşa vadar edir”. Təhsil alan cavan …
Qurani-Kərimdə insan yaranışının məqsədi barəsində müxtəlif təbirlər vardır. Bir ayədə deyilir ki, sizin yaranışınız sizin yoxlanışınız üçündür: “Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq üçün ölümü və həyatı yaradan Odur.” Başqa bir ayə yaranış məqsədini Allaha ibadətdə görür: “Cin və insanı yalnız ibadətdən ötrü yaratdıq.” Başqa bir yerdə isə yaranışın ilahi rəhmət və Allaha yaxınlıq üçün olduğu bildirilir: “Rəbbinin mərhəmət etdiyi kimsələr istisnadır. Rəbbin onları bunun üçün yaratmışdır.”
Həyat sürətlə keçməkdədir. İnsan isə sərmayəni əldən necə verdiyini düşünmür. Bəzən öz keçmişini xatırlamağa müvəffəq olduqda görür ki, bir ömür yaşayıb, qüvvələr sərf edib, çalışıb, lakin əldə heç bir şey yoxdur.
İl boyu həmişə elə bir fürsət axtarırıq ki, həyatımız, onun müqəddiməsi və yaşanması barəsində düşünək, bizə əbədi həyat verən bir yol seçək. Lakin belə fürsətlər çox az ələ düşür. Bu məqsədlə istifadə ediləsi ən münasib vaxt bəlkə də mübarək ramazan ayıdır. Həmişə özümüzə söz veririk ki, ramazan ayı çatanda digər vaxtlardan daha çox ibadət edəcək, dünya və dünyapərəstliyə bir qədər …
Bu ay üçün bir çox dualar göstərilmişdir. Təkcə “Məfatihul-cinan” kitabında (məsumlardan nəql olunmuş dualar çələngi) bir çox dualar gətirilmişdir. Bəlkə də, ömrümüz boyu onları bir dəfə oxumağa müvəffəq ola bilmədik. Amma Seyyid ibn Tavusun “İqbal” kitabı kimi başqa daha böyük dua kitabları var. Məsələn, ramazan ayının zöhr və əsr nafilələrinin arasında oxumaq üçün geniş dualar vardır. Çox az vaxtlar bu nafilələrin özünü qılmağa müvəffəq oluruq. Çox təsadüfən onların duasını oxuyuruq. Bəzən duanı oxumağa müvəffəq olsaq da, dua zamanı lazım olan ruhiyyəni əldə edə bilmirik.