Qədr gecəsi mərasimində İmam Mehdinin (əc) iştirakı
Ağanın məscidində Şeyx Əli adlı bir xidmətçi vardı. Bu şəxs özü hal əhli idi. Bir dəfə ondan ötən il ağanın məclisdə olub-olmadığı barədə soruşduq. Dedi ki, üç ehya gecəsindən ikisində iştirak etdi və mərasim çox gözəl oldu. Gecə haqqında belə buyurdu: “Həmin gecə ağanın halı çox dəyişdi və huşunu itirdi. Bir müddət sonra ayılıb buyurdu: “Camaata deyin ki, hamı ehtiyacını istəsin.” Sonra yenidən huşunu itirdi. Ayılandan sonra nə baş verdiyini soruşduq. Buyurdu ki, imam Mehdi (ə) həmin vaxt məclisdə idi.

«Allah adamları»

Quranın bir gecədə nazil olması ilə bağlı şübhəyə cavab
Otuz cüzdən ibarət olan Quranın bir gecədə peyğəmbərin qəlbinə nazil olması şübhə doğura bilər. Görən, belə bir iş mümkündürmü? Bu söz Quranın 23 il ərzində nazil olması ilə uyğunlaşırmı?

İslam düşmənlərinin peyğəmbərə qarşı etirazlarından biri də Quranın nə üçün bir dəfəyə nazil olmaması idi. Quran bu barədə buyurur:  “Sənin ürəyinə səbat, qətiyyət vermək üçün biz onu ayə-ayə tədriclə nazil etdik.”  Qurani-Kərim altı mindən çox ayədən ibarətdir. Cəbrailin bu qədər ayəni bir gecədə təbii şəkildə peyğəmbərə oxuması təsəvvürolunmazdır.

Bu cür məsələlərin cavabında Qurani-Kərimin istifadə etdiyi üsullardan biri şübhələrə cavab üsuludur. Quran buyurur:  “…Yeri bitkilər öləndən sonra yenidən dirildir. Siz də torpaqdan belə çıxardılacaqsınız.”

Ölmüş yerdən bitkiləri canlandıran Allah ölmüş insanları, çürümüş və torpağa qatışmış bədənləri yenidən dirildə bilər. Bu növ açıqlama şübhələrə cavabdır və bir növ dəlil hesab olunur. Quran bununla bağlı başqa halları da nəzərdən keçirir. Məsələn, həzrət İbrahim tərəfindən başları kəsilən və yenidən dirilən canlılar; kəsildikdən sonra yenidən dirilən Bəni-İsrailin inəyi. Bu hallar göstərir ki, Allah üçün axirət aləmində mövcudları diriltmək heç də çətin deyil.

Bu yerdə də şübhələrə cavab üsulundan faydalanmaq olar. Yadda saxlamalıyıq ki, bizim mühakimələrimiz gündəlik müqayisələrimiz əsasında olur. Biz oxumaq və eşitməyi öz həyatımızdakı oxumaq və eşitmək hesab edirik. Elə fikirləşirik ki, kimsə söhbət etmək istəsə, bizim kimi və bizim qədər danışmalıdır. Lakin yaşadığımız bu aləmdə bəzi hallarda qısa bir zamanda bir çox mətləbləri dərk etməyə layiq oluruq. Bu hallardan biri yatanda gördüyümüz yuxudur. Bəzən insan qısa müddətdə elə bir yuxu görür ki, bu hadisələr ayıq vaxtı baş verərdisə bir neçə gün çəkərdi. Az bir vaxtda yuxuda uzun bir macəra görürük və bir çox sözlər eşidirik. Əgər ayıq vaxtı bu sözləri təkrarlasaq, bir neçə saat çəkər. Quranın bir gecədə nazil olması onun hava dalğaları vasitəsi ilə eşidilən sözlər şəklində peyğəmbərə nazil olması deyil. Quran buyurur:  “Onu Cəbrail endirdi: Qorxudan peyğəmbərlərdən olasan deyə, sənin qəlbinə (nazil etdi).” Quran bu ayədə ayələrin peyğəmbərin qulağına yox, qəlbinə nazil oluduğunu göstərir.

Bu şübhənin aradan götürülməsi üçün kompüteri misal çəkmək olar. Bir neçə cildlik ensik-lopediyanın maarifini bir kompüter disketində yerləşdirmək olar. Bu disketi aldıqda ensik-lopediyanın bütün maarifi bizim ixtiyarımızda olur. Biz istədiyimiz vaxt bir kompüter aparatından istifadə etməklə disketdə olan mövzulardan fayadalana bilərik. Bu iş həmin ensiklopediyanın bütün sözlərini üstün səviyyədə bizə oxunması demək deyildir. Demək, maddiyyat aləmində bəzi hallarda oxumalı və ya eşitməli məlumatlar toplusunu balaca bir şeyə sığışdırmaq olur. Təfriqə aləmi olan bu aləmdə belə bir imkan varsa, şübhəsiz ki, daha üstün vəhdətin mövcud olduğu qeyri-maddi aləmdə həqiqətləri məcmuə şəklində daha yaxşı toplamaq olar.

Əlbəttə, bu işin necə baş verməsi bizim üçün qaranlıqdır. Lakin belə bir işin mümkünsüz olmadığını bilirik. Eyni zamanda, bu dünyada onun nümunəsini tapmaq olar. Demək, Qədr gecəsi qısa bir müddət ərzində (bir neçə dəqiqə və ya daha az) bütün Quran peyğəmbərin müqəddəs qəlbinə nazil olub və peyğəmbər də onu qəbul edib. Mərhum Əllamə Təbatəbai Quranın nazil olması barəsində “Təfsirul-Mizan” kitabında buyurur: “Qurani-Kərim peyğəmbərin qəlbinə iki şəkildə nazil olmuşdur: Bir dəfəyə nazil olma; tədricən nazil olma. Rəvayətlərin “nüzuli ila bəytil-məmur”, “nüzuli iləssəmaid-dünya” və “nüzuli əla qəlbin-nəbiyy” kimi xatırlatdığı bir dəfəyə nazilolma girami peyğəmbərə xüsusi münasibətlərlə ayə-ayə nazilolma ilə fərqlidir. Bu iki nazilolma arasında olan əlaqə “əl cəm vət-təfriq” əlaqəsidir. Peyğəmbərin qəlbinə 23 il ərzində nazilolma ətraflı nazil olmadır. Qədr gecəsində Quranın nazil olması birdəfəyə və cəm şəkildə olan nazil olmadır. Quranın cəm şəkildə olan nazil olmasının mənasını anlatmaq üçün bizim düşüncəmiz naqisdir.

“Sizə elmin yalnız cüzi bir hissəsi verilmişdir.”

Quranın nazil olduğu gecədə mələklər də enir. Bu gecə çox əzizdir və insanlar üçün ümid mayasıdır. Girami peyğəmbər və pak imamların bəyanatlarına diqqət yetirən insanlar, il boyu özlərini qədr gecəsini dərk etmək üçün hazırlayırlar. Əgər insan bir gecədə otuz min gecə-gündüzün dəyərini əldə edə bilərsə, belə bir gecəni dərk etmək üçün bir il çalışmağa dəyər. İl boyu “Qədr” surəsini oxumaq, ramazan ayının gecələrində min dəfə “Qədr” və ya yüz dəfə “Duxan” surəsini oxumaq Qədr gecəsinin dərk olunmasında təsirli işlərdəndir.

“Rəbbin dərgahında”

Qədr gecəsinin əhəmiyyəti və Fatimə (s)
Qədr gecəsinin əhəmiyyəti hamıya aydındır. İlin gecələri arasında onun tək şərafətlisi yoxdur. Qədr gecəsi bir il üçün talehlərin yazıldığı, ilahi bərəkətin nazil olduğu gecədir. Onun fəziləti min ayın fəzilətindən artıqdır.

Bu gecədə ilahi mələklər haqqın layiq bəndəsinə nazil olar. Bu gecədə Allahın xüsusi mərhəmət qapıları hamı üçün açıqdır. Layiq insan ibadət və bu gecəni oyaq qalmaqla bəhrələnmək ümidindədir.

Gərək özü «Qədr gecəsi» adlanan Fatimə (s) bu gecəni necə keçirir. Fatimə (s) bu gecəyə o qədər əhəmiyyət verir ki, gecə oyaq qalmaları üçün azyaşlı övladlarını əvvəlcədən hazırlayır. İstəyir ki, körpələr sübhədək ibadət edib, öz gələcək səadətlərinə təminat alsınlar. («Bəhar» cild 94).

Fatimənin (s) qaydası bu idi ki, Qədr gecəsi ailədən kimsə yuxuya getməsin. Bir gün əvvəldən ailəni azca yedirməklə, istirahətlə gecəni oyaq qalmağa hazırlayırdı.

Buyurardı ki, məhrum Qədr gecəsinin xeyr və fəzilətindən əli çıxan şəxsdir.

Deyilənlər o xanımın övlad tərbiyəsində dini əmrlərə nə qədər əhəmiyyət verdiyini göstərir. Aydın və bariz nümunələrdir – hətta körpələri Qədr gecəsində oyaq qalmasına çalışır. Hansı ki, xalqın əksər hissəsi belə bir gecədə öz cavanlarını yaddan çıxarır.

Demək, övlad tərbiyəsi o zaman düzgün olar ki, dini göstərişlərə əməl edilsin. Ailə məsələləri, tərbiyə üsulu bu şərtlər daxilində əhəmiyyətli olur.

Əslində mövzudan çıxıb, islamda bəzi ailə və tərbiyə məsələlərinə toxunmağımız yəqin ki, faydalı olacaq.

«İslamda nümunəvi qadınlar (Fatimə (ə))»

Qədr gecəsinin əhəmiyyəti
Qədr gecəsinin iyirmi birinci gecəsi, qədr gecələrindən biridir. On doqquzuncu gecəyə münasibətdə iyirmi birinci gecənin qədr gecəsi olması daha çox ehtimal edilir. Bu əziz gecənin əhəmiyyət və əzəməti Qurani-kərimdə aydın şəkildə bəyan olunmuşdur. Fürsəti qənimət saymalı, ömrümüzün bu dəyərli anlarının boşa getməsinə yol verməməliyik. Olsun ki, kimlərsə rəvayətlərdə buyurulan, alimlərin nəql etdiyi məlumatlara şübhə ilə yanaşır. Amma Qurana zərrəcə imanı olan kəs qədr gecəsinin dəyərini inkar etmir. Allah-taala öz səmavi kitabında aydın şəkildə buyurur: “Qədr gecəsi min aydan üstündür.” Min ay səksən üç il dörd ay deməkdir. Bu həqiqətə inam insanı qədr gecəsinə diqqətli olmağa, həmin gecənin anlarının qədrini bilməyə sövq edir. Əlbəttə ki, əməllərin ən üstünü şəriətin vacib buyurduğu əməllərdir. Əgər bir insanın öhdəsində qəza namazı varsa, imkanı həddində həmin gecə qəza namazlarından qılsın. Əgər bir müsəlmanın boynunda xüms və zəkat, qohumların və qonşuların haqqı varsa, çalışsın ki, bu haqdan heç olmaya bir qədərini ödəsin. Əgər mömin şəxs kiminləsə küsülüdürsə, həmin gecə barışmağa çalışsın. Unutmamalıyıq ki, günahlara diqqət ən vacib əməllərdəndir. Vacib əməllərdən sonra Quran oxumaq, zikrlər söyləmək və Allahla raz-niyaz etmək həmin gecənin faydalı işlərindəndir.

Qədr gecəsi yerinə yetirilməsi məsləhət görülən müstəhəb əməllər din rəhbərlərinin və alimlərinin buyuruqlarında əks olunmuşdur. Mərhum Şeyx Səduq imamiyyə şiə etiqadı əsaslarından bəhs edən dərsində buyurmuşdur: “Bizim etiqadımıza əsasən, qədr gecəsi iyirmi birinci gecə ilə iyirmi üçüncü gecə arasındadır. Həmin gecələri ibadət üçün oyaq qalmaq min ay oyaq qalmaqdan üstündür.” Alim sonra belə əlavə edir: «Həmin gecələri elmi söhbətlərə məşğul olmaq daha yaxşıdır.” Əlbəttə ki, alim dini söhbətləri, insanı Allaha yaxınlaşdıran mövzuları nəzərdə tutur. Alim bunu da nəzərdə tuta bilər ki, qədr gecəsi elmi müzakirələrə məşğulluq mərifət və agahlıqdan uzaq oyaqlıqdan (ehyadan) üstündür. Bu o demək deyil ki, elmi söhbətlər bütün ibadətlərdən üstündür. Elmi müzakirələr vacib əməllərdən, başqalarının haqqının ödənməsi kimi zəruri ibadətlərdən üstün ola bilməz. Alimin nəzərdə tutduğu ibadətlərin agahlıq və mərifətlə həyata keçməsidir. Çünka agahlıq və mərifət ibadətin dəyərini yüksəldir.

Heç şübhəsiz, qədr gecəsinin ən mühüm ibadətlərindən biri Əmirəl-mömininə (ə) məhəbbətin izharıdır. Əmirəl-möminin Əli ibn Əbu Talib tarixin ən məzlum qəhrəmanıdır. Bu məsum şəxsə əzadarlıq min ayın ibadətlərindən üstündür. Mən qədr gecələrini Əmirəl-mömininə əzadarlıqla keçirən insanlar qarşısında baş əyirəm. Onların əlindən öpürəm ki, təqvalılar mövlasının xatirəsini yaşadırlar. Amma unutmamalıyıq ki, əzadarlıqlar, növhəxanlıqlar bir-birindən fərqlənir. Əzadarlığa dəyər verən əzadarların mərifətidir. Əmirəl-möminini daha yaxşı tanıyan insanın əzadarlığı daha dəyərlidir. Belə insanlar həmin əzadarlıqdan böyük ruhi qida alırlar. Mən fürsəti qənimət sayıb Peyğəmbər (s) və onun əhli-beytinin (ə) məqamı haqqında danışıram. Ümid edirəm ki, bu yolla həmin insanlarla tanışlığımız artsın.

«İnsan həyatında təqlidin rolu»

Qədr gecəsi
«Təfsiri-Safi»də İbn-Abbasdan belə nəql olunur: Həzrət Peyğəmbərə (s) Allaha xatir cihad üçün min ay çiynində silah gəzdirən Bəni-İsrailli bir şəxs haqqında danışdılar. Peyğəmbər (s) heyran qaldı və arzu etdi ki, onun da ümmətindən beləsi çıxaydı! Həzrət (s) dua üçün əl açdı və dedi: “Pərvərdigara, mənim ümmətimi ömür baxımından ən qısa ömürlü, əməl baxımından ən az əməlli qərar verdin…” Mehriban Allah Qədr gecəsini əta edib buyurdu: “Ən az vaxtı əhatə edən Qədr gecəsi xeyir əməl üçün Bəni-İsrailli kişinin min ayından üstündür. Sənin üçün, səndən sonra ümmətin üçün Qiyamətədək ən üstün vaxt Qədr gecəsidir.”

Qədr gecəsində dua, istiğfar, Quran qiraəti, elmi mübahisə, müstəhəb namaz, oyaq qalmaq, imam Hüseynin ziyarəti min ayda görülən işdən üstün savaba malikdir.

Səhifeyi-Səccadiyyə duaları
Qəmli və kədərləndirici Aşura faciəsindən sonra Bəni Üməyyə xəlifələri İslam ümmətinin rəhbərliyini öz əllərinə alaraq kəskin zülm və diktatorluq etdilər və həddindən artıq nahaq qanlar axıtdılar, islami məarif və təlimlərə batil və qondarma şeylər daxil etməklə İslamın köksünə ağır zərbələr vurdular. İmam Səccad (əleyhis-salam) belə bir şəraitdə pərişan və müsibətli halda bir kuşəyə çəkilmişdi. Heç kəs onun hüzuruna gedə bilmirdi. O Həzrət də hakimlərin güclü nəzarəti altında idi və camaatın arasına çıxıb onların şəri vəzifələrini bəyan edə bilmirdi.

Naçar qalıb dua, münacat və raz-niyaz yolunu seçdi və onların vasitəsi ilə (qeyd olunduğu kimi, dua nəfsi paklamaq, saflaşdırmaq üçün təlim yollarından biridir) Quran təlimləri və İslam məarifini, Əhli-beyt (əleyhimüssalam)-ın getdyi yolu bəyan edərək dinin əsl təqvalılığını onlara öyrədir, nəfsi saflaşdırma və gözəl əxlaq kəsb etməkdəki vəzifələrini onlara başa salırdı.

Bu üslub İmamın ixtira etdiyi yeganə yol idi ki, ona həmlə edənlərin heç vaxt buna gümanı gəlməzdi. İmam onun sayəsində düşmənin əlinə bəhanə vermədən islami göstərişləri və məarifi yaymağa başladı. Məhz bu məqsədlə, o Həzrət xalqa çoxlu dualar, münacatlar öyrətdi. Onların bir qismi Səhifeyi-Səccadiyyə (İmam Səccad (əleyhis-salam)-a məxsus səhifələr) adlı bir kitabda toplanmış və Ali-Mühəmmədin Zəburu adlandırılmışdır. Bu kitab özünün məram və üslubu ilə və ərəb ədəbiyyatının ən yüksək söz üslubunda hənif dinin (İslam) ali məqsədlərini, tovhid və nübüvvətin ən dəqiq sirlərini, İslami əxlaq və ədəb qaydaları öyrənilməsinin ən səhih yolunu açıb göstərir.

Bu kitab müxtəlif dini-tərbiyəvi mövzuları ehtiva edir. Həqiqətdə demək olar ki, bu kitab dua qalibində din və əxlaqı öyrədir, yaxud xüsusi səpkində əxlaq və din öyrədən münacat toplusudur. Bu kitab haqlı olaraq Quran və Nəhcül-bəlağədən sonra ərəb bəyan növünün ən yüksək zirvəsində olmaqla ilahi və əxlaqi məsələlərdə ən gözəl fəlsəfi mənbədir. Bu duanın təlimlərindən bir hissəsində Allaha necə və hansı tərzdə təzim və təqdis, həmd-sitayiş və şükür etməyi, günahlardan tövbə edib Onun dərgahına qayıtmağı öyrədir. Digər bir hissəsində isə Allahla raz-niyaz, münacat etməyin, Onunla xəlvətə çəkilməyin, hər şeydən əl çəkib Ona tərəf yönəlməyin yollarını öyrədir. Bu duaların bir qismi Allah Peyğəmbərinə (səlləllahu əleyhi və alihi və səlləm), Allahın sair peyğəmbərlərinə düzgün salavat göndərməyin mənasını açıqlayır. Bəzi yerlərində ata-anaya ehsan və yaxşılıq etməyi başa salır, bəzi yerdə ata-ananın övlad qarşısındakı vəzifələri, yaxud övladın ata-anaya qarşı hüquqlarını, qonşuların, qohum-əqrəba və bütün müsəlmanlarla qarşılıqlı rəftar, onların hüquqları, yoxsullarla varlıların qarşılıqlı hüquq və vəzifələrini bəyan edir.

Bəzi qismətlərdə insanın borclu olduğu şəxslərlə rəftarı və sair iqtisadi, maliyyə və s. kimi məsələlərdə qohum və dostlarla rəftar və müamilə və ümumiyyətlə bütün təbəqədən olanlarla, habelə onlardan öz mənafeyi istiqamətində istifadə tərzini şərh edir. Başqa bir hissədə layiqli əxlaqi fəzilətlərə səbəb olan amilləri təqdim edir ki, bu da əxlaq elmi üçün kamil bir yoldur. Daha başqa bir hissədə isə insana xoşagəlməz hadisələr, müsibətlər müqabilində dözüb mətanətli olmağın, sağlam və xəstə halda davranmağın yollarını öyrədir. Başqa hissədə İslam ordusunun və xalqın ordu qarşısındakı zəruri vəzifələrini bəyan edir. Ümumiyyətlə, İslam əxlaqı və ilahi şəriətin bizdən istədiklərini yalnız dua qalibində şərh edir.

İmam Səccad (əleyhis-salam)-ın bu dualarını parlaq nümuənlərini aşağıdakı bəhslərdə xülasələndiririk:

1. Allahı, Onun əzəmət və qüdrətini tanıtdırmaq, yeganə və müqədəs olduğu ən dəqiq elmi ifadələrlə bəyan olunub. Qeyd olunan mətləb müxtəlif ibarət və səpkilərdə təkrarlanıb. Məsələn, birinci duada oxuyuruq:

Həmd olsun əvvəl olan Allaha. Elə Allah ki, Ondan öncə heç bir başlancıq olmamışdır; və axır olan Allaha ki, Ondan sonra axır olacaq bir şey yoxdur. Elə Allah ki, nəzər edənlərin gözləri Onu görməyə, vəsf edənlərin vəhm (dərk) qüvvəsi Onu vəsf etməkdə acizdir. Məxluqatı Öz qüdrəti ilə heç bir nümunə olmadan, Öz istədiyi əsasda xəlq etmişdir.

Bu dua Allahın Əvvəl və Axır olmasının mənasını oxuyub pak və münəzzəh olduğunu, gözlə, dərrakə ilə dərk olunmadığını, habelə, tam dəqiqliklə xəlq və təkvin aləminin mənası göstərir.

6-cı duada Allahın qüdrət və tədbirini bəyan edən başqa bir üslubu oxuyuruq:

Həmd və sitayiş yalnız O Allaha məxsusdur ki, Öz qüvvəsi ilə gecə və gündüzü yaratdı, Öz qüdrəti ilə onların arasına fərq qoydu. Onların hər biri üçün müəyyən olunmuş hədd-hüdud, qədər qərar verdi. Onlardan hər birini digərinə (gecəni gündüzə, gündüzü də gecəyə) daxil edir (bir-birinə çevirir) ki, bunun vasitəsi ilə məxluqatı üçün qida tədarük görüb və inkişaflarını təmin etsin. Onlar üçün gecəni xəlq etdi ki, onda yorucu hərəkətlərdən, zəhmətli işlərdən rahat və asudə olsunlar; (və gecəni) onlar üçün bir libas qərar verdi ki, onun rahat yatağında dincəlsinlər və bu da onlar üçün qüvvə toplamaq və asudəlik vasitəsi oldu ki, öz əhval-ruhiyyələrini təzələyib təbii ləzzət və istəklərinə çatsınlar.

Bu duada gündüzün yaradılmasının faydaları, insanın ondakı nemətlərə şükr etmə vəzifəsi və s. xatırladılmışdır.

7-ci duada başqa bir tərzdə bütün işlərin və hadisələrin Allahın əlində olduğu belə bəyan olunur:

Ey Allah (ey O kəs ki,) yalnız Sənin vasitən və səbəbinlə xoşagəlməz hadisələrin düyünü açılar; (ey O kəs ki,) çətinliklərin şidəti Sənin vasitənlə aradan qaldırılar; (ey O kəs ki,) çətinliklərin həll olunması və asayişə çatmaq Səndən istənilər. Sənin qüdrətin müqabilində çətinliklər dalğası sakitləşər, Sənin lütfün səbəbi ilə səbəblər nizama salınar, Sənin qüdrətinlə qəzavü-qədər cərəyan edər, işlər Sənin iradən əsasında davam edər. Bu işlərin hamısı Sənin məşiyyətinlə (istəyinlə) olub, sözdə əmr etmədən kerçəkləşər və qəsd olunar; sözdə nəhy etmədən Sənin iradənlə nəhy olunar.

2. İnsanlar hər şeydən əl çəkib Allah dərgahında nə qədər ixlasla ibadət, itaət və pərəstiş etsələr də, İlahi fəzl və nemətlərin şükrünü yerinə yetirə bilməzlər.

37-ci duada belə deyilir:

İlahi, həqiqətən heç kəs Sənin şükrünü layiqincə yerinə yetirə bilməz, (şükr etməyə müvəffəq olsa da) yenidən Sənin ehsanından, o şükrü etdiyi üçün başqa bir şükür lazım gəlir. Nə qədər səy göstərsə də Sənin (layiq olduğun) itaətə çatmaz və Sənin layiq olduğun şükür müqabilində qüsurludur–Sənin sonsuz fəzl səbəbin ilə. Ən çox şükr edən bəndələr belə Sənə layiq şükr etmədə aciz, ən çox ibadət edən abidlər belə Sənə layiq itaət etməkdən acizdirlər.

Allahın bəndələrə əta etdiyi nemətlərin sonsuz olduğuna görə bəndələr onların şükrünü yerinə yetirməkdə acizdirlər. Onda tam cürətlə Allahın fərmanları qarşısında üsyan edələrin halı necə olar?! Bu günahlardan təkcə birini bərpa etməyə qabil olmayan bir bəndə nə etməlidir?

Səhifeyi-Səccadiyyənin 16-cı duası da qeyd olunan mətləbə işarədir:

İlahi, əgər gözlərimin qapaqları bir-birinin üstünə düşənə qədər ağlasam, səsim qurtarana qədər ucadan ağlasam, ayaqalarım şişənə qədər ayaqüstə dursam, Sənin üçün kürək sümüyüm yeridən qopana kimi rüku etsəm, gözlərim in qarası kor olana qədər səcdə etsəm, ömrüm boyu torpaq yeyib və ruzgarımı kül qarışıq su içməklə keçirsəm, dilim topuq vurana qədər Sənə zikr etməklə məşğul olsam, sonra isə Sənin dərgahında həya edib, xəcalətdən asimana baxmasam, bu halda təkcə günahlarımdan birini bağışlatmaq üçün layiqli olmaram.

3. Mükafat və cəzanı, cənnət və cəhənnəmi tanıtdıraraq, Allahın verdiyi bütün mükafatların Onun fəzli sayəsində olduğunu, habelə bəndənin cürət edib kiçik günaha batması ilə ilahi əzaba layiq ola biləcəyini açıqlayır və göstərir ki, Allahın günah etmək barədə bəndəyə höccəti tamam olubdur (bəhanə yollarının bağlanıbdır.)

Səhifeyi-Səccadiyyənin bütün duaları bu təsirli ahəngi–Allah əzabından qorxu və Onun mükafatına ümidi insan ruhuna təlqin edir. Bu duaların hamısı qeyd olunan mətləbə şahiddir ki, özünün rəngarəng, bəlağətli üslubları ilə düşünən insanın qəlbində günah iş görməkdə vəhşət, qorxu hissi yaradır.

Belə ki, 46-cı duada oxuyuruq:

İlahi, Sənin höccət və dəlilin öz yerində sabitdir və batil olub qüvvədən düşməz; səltənətin əbədidir və məhv olub aradan getməz. Əbədi vay olsun o kəslərə ki, Səndən üz döndəriblər. Xaredici ümidsizlik o kəslərə məxsusdur ki, Səndən məyus olmuşlar. Ən böyük bədbəxtlik o kəslər üçündür ki, Sənin (kərəm və bağışlamağından) qafildirlər. Belə şəxslər Sənin əzabında nə qədər cürbəcür hallara düşərlər! Sənin cəzanda sərgərdan qalmaları müddəti nə qədər uzundur; Asudəliyə doğru qurtuluş yolu necə də uzaq, asan xilas olmaları necə də məyusedicidir! (Bütün bunlar) Sənin mühakimə və fərmanın səbəbilədir ki, onları geri götürməzsən. Həmçinin, Öz hökmündəki insaf səbəbilədir ki, onda zülm etməzsən. Sən höccət və dəlilləri bir-birinin ardınca göndərib üzr və bəhanə yollarını bağlamısan.

31-ci duada oxuyuruq:

İlahi, Sənin hüzurundakı tənhalığıma, Sənin xovfundan (xəşyətindən) qəlbimin döyünməsinə, Sənin heybətindən əzalarımın iztirabda olmasına rəhm et! Çünki, ey İlahim, Sənin dərgahında etdiyim günahlar məni xar və zəlillik məqamına sürükləmişdir. Əgər sükut etsəm, bir kəs mənim əvəzimdən danışmaz və əgər vasitəçi tapmaq istəsəm, şəfaət olunmaq üçün ləyaqətim yoxdur.

39-cu duada oxuyuruq:

İlahi, əgər Sən haqlı olaraq məni cəzalandırsan, məni həlak edərsən; və əgər mənə Öz rəhmətini şamil etməsən məhv edərsən. Səndən istəyirəm ki, mənə ağırlıq edən günahlarımı üstümdən götürəsən. Və Səndən mənim əl-qolumu bağlayan o günahlarımı tərk etməkdə kömək istəyirəm. Həzrət Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm) və onun məsum övladlarına salavat göndər. Mənim nəfsimi, özünə zülm etdiyi üçün bağışla, Öz rəhmətini mənim günah yükünün üstümdən götürülməsi üçün vəkil et!

4. Bu dualar, oxucuların qəlblərini aludəçiliklərdən paklamaq üçün pis əməllərdən, alçaq və rəzil sifətlərdən uzaqladır,

20-ci duada oxuyuruq:

İlahi, Öz lütfünlə mənim niyyətimi kamil, Öz yanında olanlarla yəqinimi səhih et, bəd əməllərimi Öz qüdrətinlə islah et!

İlahi, Həzrət Mühəmməd və onun Əhli-beytinə salavat göndər, məni səhih hidayətdən bəhrələndir ki, onu başqa yolla dəyişməyim və mən haqq yoldan bəhrələndir ki, ondan sapmayım; elə bir niyyətdən bəhrələndir ki, onda şəkk etməyim.

İlahi, mənə eyb gətirib bəd əxlaq və xislət kimi tanınan sifətlərimi islah etməyincə, məzəmmət olunmağıma səbəb olan pis sifətləri onu yaxşılığa çevirməyincə, naqis olan yaxşı xasiyyətlərimi kamillləşdirməyincə məni boşlama!

5. Bu dualar dua oxuyana ruhi qüvvə bəxş etməklə təlqin edir ki, özünü camaatdan ehtiyacsız etməklə onların müqabilində xar və zəlil olmasın, öz ehtiyaclarını Allahdan başqasına deməsin. Həmçinin başa salır ki, camaatın əlində olanlara tamah gözü dikmək insan üçün ən alçaq sifətlərdən biridir.

20-ci duada oxuyuruq:

İlahi, iztirar halında Səndən başqasından kömək istəməklə, fəqirlik halında Səndən başqasından bir şey istəyib kiçilməklə, qorxu və xoflu olan vaxtımda Səndən başqasının hüzurunda ahü-zar etməklə və nəticədə bu inhiraflar səbəbilə Sənin dərgahında xarlığa, rəhmətindən uzaq olmağa, Sənin mənə qarşı mehrsiz olmağınla imtahan etmə!

28-ci duada belə oxuyuruq:

İlahi, həqiqətən mən (başqalarından əl üzməklə) Sənə bel bağlayıb əməllərimi (riyadan) xalis etmişəm. Özləri Sənin lütf və inayətinə (köməyinə) möhtac olanlardan üz döndərmişəm, Sənin kərəm və fəzlindən ehtiyacsız olmayanlardan (bir şey) istəməmişəm və yəqin etmişəm ki, möhtacın möhtacdan bir şey istəməsi düşüncədə səhfehlik və əqldən yol azmaqdır.

13-cü duada oxuyuruq:

Hər kəs öz ehtiyaclarını təmin olunmasını Sənin dərgahından istəsə və fəqirliyinin aradan qaldırılmasında Sənə meyl etəsə, həqiqətdə ehtiyaclarını öz həqiqi yerindən istəmiş, öz məqsədinə çatmaq üçün doğru yoldan varid olmuşdur. Amma əgər hər kəs öz ehtiyacının təmin olunması üçün Sənin məxluqatından birinə üz çevirsə, yaxud Səndən qeyrisini hacətinin rəva olunması səbəbi qərar versə, hökmən ümidsizliyə, məhrumluğa doğru irəliləmiş, Sənin ehsan və bəxşişinə çatmağa layiq deyil.

6. Səhifeyi-Səccadiyyə dualarının bəzi hissələri İslam qardaşlığının həqiqi mahiyyətini insana başa salır, onlara, başqalarının hüquqularına riayət etməyi, aralarında qarşılıqlı kömək, mehr-məhəbbət, səfa-səmimiyyət, güzəşt, fədakarlıq, canıyananlıq və s.-ni öyrədir.

38-ci duada oxuyuruq:

İlahi, Səndən, mənim yanımda zülm olunan məzluma kömək etməməyim, mənə edilən ehsan və yaxşılıqlar müqabilində şükr etməməyim, mənə pislik edənin üzr istənildiyi halda, üzrünü qəbul etməməyim, məndən bir şey istəyən fəqirə kəramət etməməyimdən, möminin mənə vacib olan haqqını əda etməməyim, möminin mənim üçün aşkar olan eybini örtməməyim üçün Səndən üzr istəyirəm.

Həqiqətdə bu cür üzr istəmək ən yeni proqramlardandır ki, insan ruhunu ən üyksək ləyaqətliyə və ilahi əxlaqa yönəldir.

39-cu duada isə qeyd olunan mətləb daha ətraflı şəkildə bəyan olunur. Bu dua bir insana qarşı pislik edənləri necə əfv edib, güzəştə getmək, intiqam almaqdan uzaq olmaq yollarını öyrədir, insan ruhunu Allahın pak və müqəddəs bəndələri sırasında qərar verir:

İlahi, mənim barəmdə başqalarına haram etdiyin işləri görən, mənim onlar üçün rəva bilmədiyin ismət pərdələrini yırtan, haqqımı tapdalayıb dünyadan gedən, yaxud hal-hazırda diri olan, haqqım da onun boynunda olan şəxsin (mənə qarşı) etdiyi zülmü bağışla, mənim haqqımdan apardıqlarından keç, mənim barəmdə gördüyü işlər üçün rüsvay etmə, onlara qarşı etdiyim əfv və güzəşti, verdiyim sədəqəni, bəxşiş edənlərin ən yaxşı, ən pak ehsan və sədəqəsindən, (Sənin dərgahına) müqərrəb olanların ən ali ətasından qərar ver. Onlar üçün etdiyim əfv müqabilində mənə Öz əfvindən, onları dua etdiyim üçün Öz rəhmətindən əvəz ver ki, bizlərdən hər biri Sənin fəzl və kərəmin sayəsində səadətə çatanlardan olaq.

Doğrusu, duanın bu axır hissələri nə qədər də maraqlıdır və ləyaqətli ruhlarda necə də gözəl təsir qoyur! Çünki, bir insanın sair insanlara qarşı sağlam və pak niyyəti olmalı, onların hamısı üçün–hətta ona zülm edib haqqına təcavüz edənlər üçün də–səadət arzu etməlidir.

Bu kitabda bu sayaq ilahi təlimlərə şamil olan dualar olduqca çoxdur. İnsanların ona doğru hidayət olunduqları təqdirdə, ruhlarını paklaşdırıla, aludəliklərdən yuyulub təmizləyə bilər.

«İmamiyyə şiələrinin əqidə üsulları»

Riya
Tərk edilməsi zəruri olan əsas xüsusiyyətlərdən sayılan riya barədə qısaca məlumat versək, məqsədəuyğun olar. Riya insanın diqqətini özünə cəlb edib, əməllərinin aşkarlanması və özünü göstərməsi üçündür.

Riyanın əlamətləri

Ayə və rəvayətlərə əsasən riyakarlara aşağıdakı xüsusiyyətləri aid etmək olar:

münafiq və ikiüzlüdürlər ;

xalqın gözü qarşısında həvəslə, böyük ruhiyyə ilə ibadət edirlər;

təklikdə düşkün və halsızdırlar (ibadətə qarşı) ;

bütün işlərdə hamının onları tərifləməsini sevirlər;

onları tərifləyəndə əməllərini artırırlar;

təriflənməyəndə əməllərini azaldırlar;

hiyləgər və kələkbazdırlar;

etdikləri yaxşı əməlləri başqalarının üzünə vururlar;

insanların boynuna minnət qoyurlar;

insanların əlinə göz dikib Allaha təvəkkül etmirlər;

Allahı qəlbən yox, dildə zikr edirlər;

özünüsevən və lovğadırlar;

qarınqulu və rahatlıq sevərdirlər.

Bununla əlaqədar bir neçə ayə və hədislərə diqqət yetirək:

“Ey iman gətirənlər! Sədəqələrinizi malını riyakarlıqla (özünü xalqa göstərmək üçün) sərf edən, Allaha və axirət gününə inanmayan şəxs kimi, minnət və əziyyət verməklə puça çıxarmayın…” («Bəqərə» — 264).

“Münafiqlər Allahı aldatmağa çalışırlar. Hadbuki əslində (Allah) onları aldadır. Onlar namaza durduqları zaman (yerlərindən) tənbəlliklə (könülsüz) qalxar, özlərini xalqa göstərər və Allahı olduqca az yad edərlər.” («Nisa» — 142).

“Vay halına o namaz qılanların ki, onlar namazlarında qafildirlər (səhlənkarlıqları üzündən namazlarını vaxtı-vaxtında qılmazlar). Onlar (ibadətlərində) riyakarlıq edər, (xalqa) zəkat verməyi qadağan edərlər.” («Maun» — 4,5,6,7).

“(Ey möminlər!) Yurdlarından təkəbbürlə, özlərini camaata göstərmək üçün çıxanlar və (insanları) Allah yolundan döndərənlər kimi olmayın” («Ənfal» — 47).

Peyğəmbər(s) buyurur: “….(Riyakar) təklikdə süst və halsız, xalqın gözü qarşısında isə fəal və çalışandır. Onun bütün işləri başqalarının tərifinə həris, bütün əməlləri insanlar arasında özünü gözəl və xeyirxah cilvələndirmək üçündür.”

Əmirəl-möminin(ə) buyurur: “Riyakarın üç əlaməti vardır: başqalarının gözü qarşısında (ibadətə qarşı) yüksək ruhiyyəli, təklikdə isə süst və halsızdır. Xalqın onu əməllərinə görə tərifləməsini sevir.”

Riya nəticəsində əməlin batil olması. Riya insanın ibadətini batil və məhv edir. Allah-təala “Bəqərə” surəsinin 264-cü ayəsində riyakarlıqla sədəqə paylamağı minnət qoymaq, əziyyət verməklə yanaşı çəkərək batil bilir. Fəqih və ariflər də əməllərin heçə uğramasında riyanı ən əsas amil hesab edirlər. Riya cüzam mikrobu kimi ibadəti içəridən çürüdüb mənasız edir. Riyakarlıqla görülmüş əməllər bircə dəfə küləyin əsməyi ilə kökündən qopan qurumuş ağac kimidir. Amandır, riyadan çəkinin, bu barədə həmişə Allaha pənah aparın. Ağlar göz və təvəssül etməklə özünüzü bu uçurumdan qoruyun. Qoy “Səhifeyi-Səccadiyyə” dualarının bu sətirləri göz yaşları ilə bircə dilinizin əzbəri olsun:

“…İlahi! İbadətlərimizi riya ləkəsindən təmizlə ki, ibadət edərkən başqasını Sənə şərik etməyək və məqsədimiz Səndən başqa heç kim olmasın.” (44-cü dua).

İmam Sadiq(ə) buyurur: “Riyakarlıqla görülmüş əməldən başqa Allah bütün xeyir əməlləri qəbul edir.”106

Başqa bir rəvayətdə isə o ali Cənab söyləyir: “Allah-təala buyurur: «Mən ən yaxşı şərikəm. (Demək, ey bəndəm, ibadətdə başqasını mənə şərik qoşma! Çünki) Saf niyyətlə görülmüş əməldən başqa kim nə qədər riyakarlıqla xeyir əməl görərsə, onun heç birini qəbul etmərəm.”

“Bütün riyakarlıqlar şirkdir. Kim xalqa görə işləyərsə, muzdu xalqın boynuna, Allah üçün işləyərsə, savabını Allah verəcəkdir.”

Məhəmməd ibn Ürfə belə yazır: İmam Riza(ə) mənə buyurdu: “Vay olsun sənə, ey Ürfənin oğlu! Başqalarının xatirinə yox, saf niyyətlə hərəkət et. Çünki hər kim Allahdan qeyrisi üçün əməl edərsə, Tanrı onu əməlinin öhdəsinə qoyar.”

Başqa bir hədisdə Peyğəmbər(s) buyurur: “Mələklər bir bəndənin əməlini yuxarı aparanda sevinir, lakin yaxşı işlər kimi görünən o əməli yuxarı aparanda Allah-təala buyurar: «O əməlləri Siccinə (günahkarların əməllərinin məhkəməsinə) atın, çünki həmin əməllər mənə xatir yox, riya üzündən yerinə yetirilmişdir.”

Əməldən sonra riya.

Böyük fəqihlər buyurmuşlar ki, əməldən sonra riya etmək ibadəti batil etmir, çünki əməl öz yerində doğru və düzgün yerinə yetirildiyindən sonradan edilmiş riyakarlıq onun keyfiyyətini dəyişmir, amma bəzi hədislərdə söylənilmişdir ki, əməlini başqalarına demək həmin əməlin savabının azalmasına səbəb olar. Bunu təkrar etdikdə isə özünə riya rəngini alır, beləliklə, ibadəti batil və məhv edir. Buna görə də kiçik bir səhvə yol verməklə çəkilmiş zəhmətlərin hədər getməməsinə diqqət yetirməliyik.

İmam Baqir(ə)-dən nəql olunur: Əməli qoruyub saxlamaq onu yerinə yetirməkdən çətindir. Soruşdular ki, əməli qoruyub saxlamq nədir? Buyurdu: «İnsan Allaha xatir saf niyyətlə sədəqə verir və bu gizli əməl kimi onun əməllər kitabçasına yazılır. Sonra həmin hərəkəti başqalarına dediyindən aşkar xeyir əməl kimi qeyd olunur. Bunu təkrar etdikdə isə o iş onun əməllər kitabçasından silinib yenidən riya kimi oraya yazılır.»

«Nəcm» surəsinin otuz ikinci ayəsinin (“…..Özünüzü təmizə çıxartmayın. O, Allahdan qorxub pis əməllərdən çəkinənin kim olduğunu ən gözəl biləndir!”) təfsirilə bağlı imam Sadiq(ə)-dən belə nəql olunur: “Özünü təmizə çıxartma və tərifləmə insanın xeyir əməllərini, oruc, namaz və sair ibadətlərini başqalarına danışmasıdır”. Sonra yenə buyurur: “Möminlərdən bəzisi həzrəti-Əli(ə)-nin hüzurunda namazı, orucu və digər ibadətlərindən söhbət açmışdılar. Həzrət söylədi: «Amma mən (Əli) gecə-gündüz yatıram. Arada vaxtım olanda yenə də yatıram». Bu sözü İmam(ə) kinayə ilə nəsihət məqsədilə demişdir ki, safniyyətli bəndə özünü tərifləyib hərəkətlərini başqalarının üzünə vurmasın.

Buna görə müstəhəb əməl, ibadət, sədəqə və ehsanların gizlində edilməsi buyrulmuşdur, çünki müstəhəb əməllər vacib ibadətlərdən daha çox riya və şeytani vəsvəsələrə məruz qalır.

Riya böyük günahlardandır.

Riya əməli batil etməkdən əlavə, həm də böyük günahlardan sayılır, çünki riya şirk dərəcəsindədir. Şirk isə ən böyük günahlardan hesab olunur.

Peyğəmbər(s) bir hədisdə buyurdu: “Şübhəsiz, sizin üçün qorxduğum şey kiçik şirkdir. Soruşdular ki, ey Allahın Rəsulu, kiçik şirk nədir? Buyurdu: «Riya. Allah-təala qiyamət günü bəndələrinin mükafatını verən zaman riyakarlara belə xitab edər: Gedin ibadət etdiyiniz şəxslərin yanına! Görün, əməllərinizin mükafatını onlardan ala bilərsinizmi?” Başqa bir rəvayətdə isə Peyğəmbər(s) buyurur: “Riyakarlıqla namaz qılıb oruc tutan şəxs müşrikdir.”

Rəvayətlərin birində isə o Həzrətdən belə nəql olunur: “Həqiqətən, cəhənnəm riyakarların əlindən ah-nalə edər. Soruşdular ki, ey Allahın Rəsulu, cəhənnəmin atəşi necə ah-nalə edə bilər? Buyurdu: Riyakarların düçar olduğu atəş əzabının hərarətinin şiddətindən». (Bəlkə də burada məqsəd riyakarların atəş əzabının gurultusudur.)

Yenə Mühəmməd (s)-dən belə nəql edirlər: “.Qiyamət günü əməllərini riyakarlıqla yerinə yetirənlərə deyilər: Siz namazı, orucu, sədəqəni, cihadı, Quran oxumağı camaat arasında haqqınızda danışılmağa görə yerinə yetirdiniz. Xalq da sizin işləriniz haqda bir-birinə danışdı.” Sonra buyurdu: “Cəhənnəm atəşi ən birinci bunları yandıracaqdır.”

Həzrəti Əli(ə) buyurur: “Riya şirkdir.”

Bəhsin xülasəsi.

Keçən bəhslərdən belə nəticəyə gəlirik ki, insan səadətinin bünövrəsi saf niyyət və ixlasla bəndəlik etməkdir. Əgər biri riya qoxulu iş görərsə, İlahinin dərgahında qəbul olunmaz, Qiyamət günü əliboş məhşər çölünə daxil olar. Çünki dünyada elə bir əməl görülməmişdir ki, əcr və mükafatını axirətdə alsın. Buna görə də hər bir əməli bəndə üçün yox, yalnız və yalnız Allaha xatir etmək lazımdır. Əgər bir şəxs gizlində Allaha xatir xeyir iş görərsə, Uca Tanrı elə bu dünyada da onu xeyirli bir insan kimi xalqa tanıtdıracaqdır. Belə buyurulur: “Gizlətmək səndən, aşkar etmək məndən”

Riya yalnız ibadət və ibadət xarakterli əməllərdə haram buyurulmuşdur. Başqa əməllərdə isə əməli dəyərsiz etməsinə baxmayaraq, haram olması haqda bir dəlil, sübut tapmadıq. Allah isə daha yaxşı biləndir.

«İslamda əxlaq»

Səbir və dözümün təsirləri
Rəvayətlərdə səbir və dözümün dəyəri və mühüm təsirləri barəsində çoxlu sözlər deyilir. Biz burada onların içindən Əmirəl-möminin Əlinin (ə) səbir və dözüm barəsindəki çox ali bir bəyanını təqdim edirik: “Sizə səbirli olmağı tövsiyə edirəm. Çünki, baş bədənə lazım olduğu kimi, səbir də imana lazımdır. Başsız bədənin xeyiri olmadığı kimi, səbirsiz imanın da xeyiri yoxdur”. Həzrət Əli (ə) bu dərin mənalı müqayisəsində səbir və dözümün ali  təsvirini başın bədənə lazımlılığı ilə eyniləşdirir. Qulaq, göz, beyin, iyləmə və dadma orqanlarının hamısı başda yerləşir. Səbir və dözüm də həmçinin belə bir funksiyaya malikdir. Səbirin sayəsində yaxşı görmək, eşitmək, hiss etmək və dərk etmək olar ki, biz kimik, hara gedirik və indi nə etməliyik? Bu fəsili İmam Əlinin (ə) digər bir dərin mənalı sözü ilə sona çatdırırıq. Həzrət (ə) buyurur: “Fitnə və imtahan dəryalarının nəhəng dağ kimi dalğalarını nicat gəmisi ilə yarıb irəli gedin”. Bu gəmi namazdan, duadan, təvəkküldən (ümid etməkdən), birlikdən, doğru–düzgün rəhbərə itaət etməkdən, dözümdən, həmişə şəhidliyə hazır olmaqdan, haqq qarşısında razı və təslim olmaqdan, şükür etməkdən, agahlıqdan və s. ibarətdir. Qısa bir cümlə ilə desək, müsibət və giriftarçılıq dəryasının nəhəng dağ kimi dalğalarını kamil iman gəmisi ilə yarıb irəli gedin. Şairlərin padşahı deyir:

Mıxın sıxıntısı, sarsılmazlığı

Faydalıdır ibrət götürsə bəşər.

Yağdıqca başına ağır zərbələr

O da göstərəsi daha çox əsər.

Xüsusilə dua etməyi yaddan çıxartmayaq ki, bu çox təsirlidir. İmam Sadiq (ə) buyurur: “Atam İmam Baqirə (ə) hər zaman ruzigarın hüzünlü hadisələri üz versəydi, qadın və uşaqlarını toplayıb birlikdə dua edərdilər. Sonra o hadisələr və qəm-qüssələr aradan gedərdi”.

Ramazanla bağlı Hacı Şahin Həsənli ilə müsahibə
Müsəlman dünyası üçün əlamətdar ay olan müqəddəs Ramazan ayı sabah başlayır. Orucluqla bağlı bildiklərimiz və bilmədiklərimizi öyrənmək üçün ilahiyyatçı, «Mənəvi dünya» İctimai Birliyinin rəhbəri Hacı Şahin Həsənlidən müsahibə götürmək qərarına gəldik./ans

- Ramazan ayı nə üçün müqəddəs adlandırılır?

- Ramazan Qurani-Kərimdə adı çəkilən yeganə aydır. Müqəddəs kitabda başqa heç bir ayın adı çəkilməyib. Ramazan ayı ona görə müqəddəsdır ki, Qurani-Kərim bu ayda nazil olub. Məhz bu ayda Allah müsəlmanlara oruc tutmağı vacib buyurub. Qurani-Kərimin “Bəqərə” surəsində Allah bəyan edir ki, “Sizdən öncəkilərə vacib edildiyi kimi, oruc tutmaq sizlərə də vacib edildi ki, bəlkə təqvalı olasınız…”. Bu ayədə oruc tutmağın fəlsəfəsi açıqlanır. Yəni oruc təqva kəsb etmək üçün vacibdir. Təqva isə günahdan çəkinmək qüvvəsinə deyilir. İnsan nəfsilə mübarizədə günahın qarşısında müqavimət göstərə bilirsə, bu xüsusiyyətin adına “Təqva” deyilir. Təqvalı insan günahın qarşısında dayana bilən insandır. Ramazan ayında oruc tutmaq insanda iradəni gücləndirir. Ramazan ayında müəyyən saatlarda adi günlərdə halal olan qidalar haram buyrulur. Bu ayda insan halallardan keçməklə sanki, Allaha sadiqliyini nümayiş etdirir. İnsan digər canlılardan bu ayda fərqlənir. İnsan öz nəfsinə qalib gəlməklə bəndəlik zirvəsinə ucalmış olur.

- İnsan bu ayda təkcə ac qalmaqla imtahana çəkilir?

- Təbii ki, orucluq tək ac və susuz qalmaq demək deyil. Oruc zamanı insan bütövlükdə günahlardan çəkinməlidir. İnsanın bütün bədən üzvləri oruc halında olmalıdır. Gözü harama baxmamalıdır. Dili yalan, böhtan, şər, qeybət, nəlayiq və digər haram söz danışmamalıdır. Qulağı haram söz eşitməməlidir. İnsan bütün vücudu ilə oruc halında olmalıdır. Yalnız ac-susuz qalmaq insanın mənəvi təkamülünə səbəb ola bilməz. İnsan təkamülə çatmaq istəyirsə çalışıb günahlardan çəkinməlidir. Məhz oruc tutmaq da insana bu baxımdan gərəklidir. Ramazan ayında yaxşı olar ki, müsəlmanlar orucun mənəvi tərəflərinə diqqət etsinlər. Bu ayda haramdan, günahdan çəkinmə məsələsi önəmli olmalıdır. Muhəmməd peyğəmbər (s.ə.s) özü Şərəbanuyə xütbəsində, yəni Şərəban ayının sonuncu cümə günü orucluq barədə danışarkən Ondan soruşurlar ki, “bu ayda ən fəzilətli əməl hansıdır?”. Hz Peyğəmbər cavabında buyurur ki, “haram işlərdən, haram fikirlərdən uzaq olmaq ən gözəl əməldir”. Hətta insan bu ayda düşüncəsinə də hakim olmalıdır. Bu ay həm də həmdərdlik deməkdir. Məhz bu ayda varlı və kasıb insanlar eyni aclığı dadır. Bu zaman imkanlı şəxslər aclığı dadmaqla kasıbların halından hali olur. Onlarda ehsan xüsusiyyəti yaranır. İnsan başqalarının dərdini bilməsə onlarla şərik ola bilməz. Oruc fərdi olduğu qədər, həm də ictimai ibadətdir.

- Xəstəlik və ya digər fiziki qüsurları olan kəslər oruc tutmaqdan azaddır. Bəs onlar savab qazanmaq üçün nə etməlidir?

- Qurani-Kərimdə buyurulur ki, Allah insanı daşıya biləcəyindən artıq yükləməz. İnsanlar gücü çatan qədər Allaha ibadət edə bilər. Müqəddəs kitabda qeyd olunur ki, Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir. Orucun da tutulması kiminsə səhhətinə zərər vurarsa onlar oruc tuta bilməz. Xəstə, uşaq, yaşlı kəslər bu qrupa aid insanlardır. Oruc bütünlükdə cəmiyyətin məsuliyyətini insana xatırladır. İnsan bütün cəmiyyətin məsuliyyətini öz üzərində hiss edir. Məhz bu səbəbdən də oruc tutmaq nə qədər fəzilətli əməldirsə, iftar vermək, digər insanları düşünmək, onların halına yanmaq hətta oruc tutmaqdan da fəzilətli əməl hesab olunur. Kimin ki, imkanı var, onlar orucun hər günü müqabilində sədəqə ayırsın. Əgər buna imkan yoxdursa, hər gün çalışsınlar istixvar etsinlər. Yəni tövbə etsinlər, Alahın dərgahına yönəlsinlər, Allahdan bağışlanmaq diləsinlər. İnsanlar bu ayda daha çox istixvar və tövbə etsinlər. Tövbə yalnız bir dəfə olmur. İnsan hər dəfə Allahın dərgahına yönəlməyə ehtiyaclıdır. Bu zaman insan ruhi və mənəvi dəyərlərə yiyələnə bilər.

- Digər fəsillərə nisbətdə, yay aylarında oruc tutmaq daha çətindir. Əsasən də susuz qalmaq. Bu aylarda tutulan oruc nə dərəcədə fəzilətlidir?

- İslam peyğəmbərindən bir hədis var ki, ibadətlərin ən üstünü, ən fəzilətlisi daha çətin olanıdır. İbadət nə qədər çətin olarsa, bir o qədər fəziləti artıqdır. Bu səbəbdən də yay orucu digər aylara nisbətən daha fəzilətli, daha çox rəhməti var. Çətin məqamlarda ibadətlə məşğul olan insanlara Tanrı daha çox nəzər yetirər. Bu ayda oruc tutan kəslərin mənəvi sərmayəsi, qazancı daha çox olur. İnsan həyatda nəyəsə nail olmaq istəyirsə, hansısa müsbət keyfiyyətli dəyərə malik olmaq istəyirsə, hökmən əziyyət çəkməlidir. Heç bir şey rahatlıqla əldə edilmədiyi kimi, digər fəzilətlər də ən çox çətin anlarda dözüm nümayiş etdirən kəslərə verilir. İnsanın da mənəvi təkamülü, onun çətinliyə tab gətirməsidir. İnsan səbr etmədən heç bir mənəvi təkamülə çata bilməz. Allah ürəkdən iş görən insana daim kömək olur. Ola bilsin orucluğun ilk günləri insanda hansısa çətinliklər yaranar. Lakin günlər keçdikcə proses müəyyən qədər asanlaşır.

- Arıqlamaq və ya digər fiziki durumlara görə oruc tutanlara savab yazılırmı?

- İslamda buyrulur ki, biz insanları ibadətdən başqa bir məqsəd üçün yaratmadıq. İnsanın yaradılış fəlsəfəsi onun ibadəti ilə bağlıdır. Bu tək namaz qılmaq demək deyil. İbadət insanın Allahın razılığını əldə etmək üçün, Allah rizasını qazanmaq üçün görülən əməldir. Bu məqsədlə görülən istənilən əməl ibadət sayılır. İnsan ticarət dalınca gedirsə, elm oxuyursa və bunu Allahın razılığını əldə etmək üçün görürsə, bunun özü də ibadət sayılır. Xüsusi vacib ibadətlər var ki, bunların qəbul olunması üçün ilk şərt “Qürbətən İlləllah” niyyətinin yerinə yetirilməsidir. Yəni niyyət etməkdir. Ümumiyyətlə hər ibadətə “Qürbətən İlləllah” kəlməsi ilə başlamaq lazımdır. “Mən Ramazan ayının orucunu tuturam Qürbətən İlləllah” kəlməsilə iftarı açmaq lazımdır. Əgər bu niyyət olmasa ibadət batil olar. İnsanların rəğbətini qazanmaq və digər səbəbdən edilən əməllər ibadət sayılmır. Ramazan ayının orucu da, Allahın hökmünü icra etmək və onun razılığını qazanmaq üçün tutulmalıdır. Bununla bərabər oruc tutmaq əlbəttə insan sağlamlığı üçün çox xeyirlidir. Oruc tutan, Allah razılığını niyyət etməlidir.

- Bir qism insanlar oruc tutur və namaz qılır, eyni zamanda isə nalayiq əməllərlə məşğul olur. Düşünürlər ki, mən artıq ibadətlə məşğulam, Allah günahlarımdan keçər. Sizcə bu fikir nə dərəcədə doğrudur?

- Çox mühüm mövzuya toxundunuz. Əslində oruc və namaz insanları çirkinliklərdən saxlayır. Namaz əslində insanları pisliklərdən saxlamaqdan ötürü buyrulub. Lakin təkcə oruc tutub, namaz qılmaqla kifayətlənib, digər insani vəzifələri unudanlar bilməlidir ki, onların oruc və namazlarının bir qəpiklik qiyməti yoxdur. Əgər ibadət insanı dəyişmirsə, onu müsbət istiqamətə yönəltmirsə, onda mənəvi bir inqlab yaratmırsa, belə ibadətin heç bir faydası yoxdur. Buyrulur ki, Allah yalnız təqvalı şəxslərdən əməl qəbul edər.

- Oruc tutan qadınların bir qismi bəzənir, kosmetik vasitələrdən istifadə edir. Bu orucun pozulmasına təsir edə bilərmi?

- Kosmetik vasitələrdən istifadə etmək orucun pozulmasına gətirib çıxarmaz. Əgər boğazdan içəri yad cism getməzsə kosmetikadan istifadə etmək orucun batil olmasına səbəb olmaz.

- Ramazan ayında müxtəlif cür kolbasa və sosislərdən istifadə etmək mümkündürmü?

- Bu məhsulları seçərkən son dərəcə diqqətli olmaq lazımdır. Çünki, kolbasa və sosislərin hansının və nə dərəcədə halal olması sual altındadır. Çalışıb tərkibində çoxlu miqdarda ədvələr olan kolbasa və sosislərdən istifadə etməsinlər. Ümumiyyətlə belə məhsullardan çəkinmək yaxşı olardı.

- Bəs ətriyyatlardan istifadə necə, orucu batil edirmi?

- Xoş ətirlərdən istifadə etmək, xoş ətir iyləmək orucun pozulmasına səbəb olmaz.

- Dərman pereparatı qəbul edən insan oruc tuta bilərmi?

- İnsan dərman qəbul etməyə məcburdursa, onda Ramazan ayında oruc tutmaqdan azad olur. Lakin orucluq qurtardıqdan sonra sağalarsa, buraxdığı günlərin qəzasını tutmalıdır. Əgər təcili olmazsa Ramazan ayından sonra müalicəyə başlamaq da yaxşı olar. Lakin dərman axşam qəbul edilərsə, onda oruc tutmaq olar.

- Hamilə qadın oruc tutmaqdan azaddırmı?

- Adətən həkimlər hamilə qadınlara oruc tutmağı məsləhət görmür. Əgər hamilə qadının bətnindəki uşağa, qadının öz sağlamlığına mənfi təsir etmirsə onda oruc tutula bilər.

- Ağızı, burunu yaxalamaq orucu batil edirmi? İnsan tüpürcəyini udarsa bunun orucun pozulmasına hansısa təsiri olarmı?

- Əgər su boğazdan içəri keçməzsə, su udulmazsa, o zaman ağız yaxalamağın eybi yoxdur. İnsan əmin olacaqsa ki, ağız yaxalamaqla su onun boğazından keçməyəcək onda oruc pozulmaz.

Bəziləri elə zənn edir ki, oruc insan tüpürcəyini uda bilməz. Amma bu yalnış fikirdi. İnsan oruc olarkən tüpürcəyini rahat şəkildə uda bilər. Lakin kənardan rütubətin qəbul olunması və tüpürcəklə birgə boğazdan içəri keçməsi orucun batil olmasına səbəb olur.

- Mühüm məsələrdən biri də Ramazan ayında toy, bayram, şadyanalığın keçirilməsidir. Bu mövzuya toxunmağınız yaxşı olardı.

- Ümumiyyətlə Ramazan ayı ibadət ayıdır. Bu ayda yaxşı olar ki, daha çox ibadətə fikir verilsin. Xüsusilə də iftardan qabaq yemək verilə bilməz deyə, toyun keçirilməsi məsləhət deyil. Düzdür Ramazan ayı sırf yas ayı deyil. Lakin bu ayda bayramların keçirilməsi adət olmadığı üçün insanlar həmişə belə günlərdə şadyanalıqdan çəkiniblər. Bundan da əlavə Ramazan ayında Həzrət Əlinin (ə.s.) şəhid olduğu gün var. Onun hörmətini saxlamaq üçün bu ayda şadlıq mərasimlərindən çəkiniblər. Amma, şəriət nöqteyi-nəzərindən bu aylarda toy etmək qadağan deyil. Lakin tövsiyyə edilir ki, bu ayda şadlıq keçirmək bir qədər az olsun.

- Ramazan ayında təmir işləri necə dayandırılmalıdırmı?

- Bu ayda təmir işlərinin görülməsinin heç bir eybi yoxdur. İnsanlar orucluq ayında adi günlərdəki kimi həyatlarını davam etdirə bilər. Lakin bir az ibadətə çox yer verilməlidir.

www.faktxeber.com

Orucluğun başlanması münasibətilə İmam Səccadın (ə) duası
Şükür olsun o Allaha ki, bizi öz həmdinə hidayət etdi. Onun nemətlərinin şükürünü yerinə yetirmək üçün bizi şükr edənlərdən etdi. Həmin şükrümüzə görə xeyirxahlara verdiyi savablarla mükafatlandırdı.

Şükür olsun o Allaha ki, öz dini ilə hidayət tapmağı bizə bəxş etdi, İslama daxil etdi. Bizi öz ehsan (yaxşı) yoluna gətirdi ki, onun nemətinin vasitəsi ilə razılığını qazanaq. Ona elə həmd edirik ki, bizdən qəbul etsin və onunla bizdən razı qalsın. Və həmd olsun o Allaha ki, aylarından birini Ramazan (Orucluq) ayını — Oruc ayı, İslam ayı, paklıq ayı, günahlardan təmizlənmə ayı, qalxınış ayı olaraq ehsan aylarından biri etdi. Bir ay ki, insanları hidayət edən, doğru yolu bəyan edən və haqqı batildən ayıran Quran həmin ayda nazil oldu. Bu ayı çoxlu hörmətlərinə və aşkar fəzilətləritnə görə digər aylardan üstün etdi. Digər aylarda halal olanı bu ayda onun əzəmətinə görə haram etdi. Onun hörmətini saxlamaq üçün gündüzlər yeməyi və içməyi yasaqladı və onun üçün aydın vaxt müəyyənləşdirdi. Əziz və Cəlil olan Allah həmin vaxt həddini aşmağa, nə geridə qalmağa, nə də irəli keçəməyə icazə vermir. Sonra isə onun gecələrindən birini min aydan üstün edib Qədr gecəsi adlandırdı. Həmin gecə Ruh və mələklər Rəbblərinin izni ilə Onun təyin etdiyi hər bir iş üçün yerə enirlər. O gecə, dan yeri sökülənə kimi mələklərin daimi və bərəkətli salamı sarsılmaz müqəddərata əsasən istədiyi bəndələrinə şamil olur.

İlahi! Məhəmməd (s) və onun sülaləsinə salavat göndər və onun üstünlüyü və fəzilətini qavramağı bizə ilham et. Bizi bu ayda haram etdiyin işləri görməkdən saxla. Bizə kömək et ki, üzvlərimizi günahdan saxlayıb Sənin razı olduğun yolda işlətməklə bu ayın orucunu elə tutaq ki, qulağımız boş sözlər eşitməsin, gözlərimizlə ləhv-ləəbə doğru tələsməyək (harama baxmayaq), əllərimizi harama uzatmayaq, ayaqlarımızla harama doğru getməyək, qarnımız Sənin halal elədiyindən başqa heç bir şeyi özündə yerləşdirməsin, dilimiz Sənin əmr etdiyindən başqa söz danışmasın. Bizi savaba yaxınlaşdıran halaldan başqa heç nə üçün zəhmət çəkməyək. Sənin əzabından saxlayan işdən başqa bir iş görməyək. Bütün bu əməlləri riyakarlıqdan və başqalarının eşitməsi üçün yerinə yetirməkdən saxla ki, biz bu əməlimizdə Sənə şərik tutmayaq və Səndən başqa bir məqsədimiz olmasın.

İlahi! Məhəmmədə (s) və onun sülaləsinə salavat göndər. Bizi bu ayda hökmünü təyin etdiyin, vacibini vacib vəzifə və vaxtlarını müəyyənləşdirdiyin beş namazın vaxtı ilə tanış et. Bizi elə adamlardan et ki, namaz qılanda onun şənini bilir və ərkanlarını yerinə yetirirlər və namazı Sənin bəndən və Peyğəmbərin — Sənin salavatın ona və onun sülaləsinə olsun — səcdə və rükudan tutmuş bütün fəzilətləri ilə müəyyənləşdirdiyi kimi və tam paklıq, təvazökarlıq və yetərliliklə qılırlar. Bizə bu ayda öz qohum-əqrəbalarımıza münasibətdə yaxşılıq etməkdə müvəffəqiyyət ver. Elə et ki, ehsan və yaxşılıqla qonşularımızı anaq, mallarımızı haramdan təmizləyək və onların zəkatını verək, bizdən uzaqlaşana yaxınlaşaq, bizə zülm edənlə insafla davranaq, Sənə və Sənin yoluna düşmən olandan başqa bizə düşmənçilik edənlə barışaq. Çünki, Sənə düşmənçilik edən düşməni sevmirik, onlar elə bir qrupdur ki, onlarla dostluq etmərik. Bizə bacarıq ver ki, bu ayda günahdan təmizləyən yaxşı işlər görməklə Sənə yaxınlaşaq. Bizi bu ayda pisliklərlə ünsiyyətdə olmaqdan qoru. Elə ki, əməlləri yazan mələklərin heç biri bizim itaətimizin və Sənə yaxınlaşdıran əməllərimizin azlığından başqa günahı Sənə göstərməsinlər.

İlahi! Mən bu ayın xatirinə və Peyğəmbərin (s) xatirinə və yaxın mələklərin, bu ayın başlağıcından sonuna kimi ibadətdə çalışanların hamısının xatirinə, seçdiyin saleh bəndənin xatirinə Səndən istəyirəm ki, Məhəmmədə (s) və onun sülaləsinə salavat göndərəsən. Bizi də həmən ayda övliyalarına verdiyin vədlərdən yararlandırasan. İtaətində çalışanlara lazım bildiyini bizə də lazım biləsən. Öz mərhəmət və mehribanlığınla bizi ən yüksək mərtəbədə olan ləyaqət sahibləri sırasında yerləşdirəsən.

İlahi! Məhəmmədə(s) və onun sülaləsinə və küfrə qapılmaqdan, Sənin dinində şübhəyə düşməkdən, Sənin yolunu görməkdə kor olmaqdan, hörmətinə səhlənkarlıq etməkdən, düşmənin olan qovulmuş İblisə uymaqdan uzaq et!

İlahi! Məhəmmədə (s) və onun sülaləsinə salavat göndər. Bu ayımızın gecələrindən hər birində Sənin əfvinlə azad olmuş ya güzəştindən yararlanmış bəndən varsa, bizi onlardan qərar ver. Bizi bu ayımız üçün yaxşı adamlardan və səhabələrdən qərar ver.

İlahi! Məhəmmədə (s) və onun sülaləsinə salavat göndər, ayın azalması ilə bərabər günahımızı da azalt! Günlərinin qurtarması ilə bizim də günahlarımızı elə sil ki, bu ay qurtaranda bizi də günah çirklərindən təmizlənmiş və pisliklərdən xalisləşdirilmiş edəsən.

İlahi! Məhəmməd(s) və onun sülaləsinə salavat göndər. Biz bu ayda haqdan dönsək, bizi haqqa qaytar. Əyri yola getsək, düz yola gətir, Sənin düşmənin olan şeytan bizi əhatə etmiş olsa, onun əlindən qurtar.

İlahi! Orucluq ayını Sənə etdiyimiz ibadətlə doldur və onun vaxtlarını Sənə itaət etməyimizlə bəzə. Gündüzü oruc tutmağımıza, gecəni namaz qılıb Sənə yalvarmağımıza və Sənə təvazökar olmağımıza və əzəmətinin qarşısında zəlil olmağımıza kömək et ki, bu ayın gündüzləri əməldən qafildən olmağımızın, gecələri isə səhlənkarlığımızın şahidi olmasın!

İlahi! Bizi diri olduğumuz digər aylarda və günlərdə də belə vəziyyətdə saxla! O saleh bəndələrdən et ki, behişti irs aparır və orada əbədidirlər. Sədəqə verərkən Rəbblərinə qayıdacaqlarını düşünürlər, xeyir işlərdə tələsir, təşəbbüskarlıq göstərirlər.

İlahi! Məhəmmədə(s) və onun sülaləsinə salavat göndər — bütün vaxtlarda və anlarda və bütün hallarda — hər hansı adamlara göndərdiyin salavatların sayı qədər, ondan da artıq və Səndən başqasının sayı bilməyəcəyi qədər, çünki, Sən istədiyini edənsən!