Orucu batil edən şeyləri bilərəkdən və məlumatlı olan halda yerinə yetirmək orucu batil etməklə yanaşı, qəza və kəffarəyə də səbəb olur. Lakin, məsələni bilmədiyindən olsa, kəffarəsi yoxdur, lakin, ehtiyata əsasən, qəzasını yerinə yetirsin.
Oruc tutan şəxsə bir neçə iş məkruhdur:
1. Gözə dərman tökmək;
2. Sürmə çəkmək , əgər dadı, iyi boğaza çatarsa;
3. Zəifliyə səbəb olan işləri görmək, qan almaq, hamama getmək kimi;
4. Burunotu çəkmək, əgər boğaza çatacağını bilməsə; amma əgər boğaza çatacağını bilsə caiz deyildir;
Bütün mükəlləflərə hər il ramazan ayını, sonrakı məsələlərdə veriləcək şərhlər əsasında, oruc tutmaq vacibdir. İnsanın Allah-taalanın əmrini yerinə yetirmək məqsədi ilə sübh azanından qüruba qədər orucu batil edən şeylərdən (onların şərhi sonra qeyd ediləcək) çəkinməsinə oruc deyilir.
Oruc çox dəyərli və mühüm bir ibadətdir. Onun şərtlərinə və ədəblərinə riayət edilsə, müqəddəs islam şəriətində buyurulan tərzdə yerinə yetirilsə, insanın ruhunun çirkinliklərdən təmizlənməsində, yüksək mərhələlərə çatmasında çox böyük təsir qoyar. Oruc nəfsin günahlardan, çirkin və rəzil əxlaqlardan təmizlənməsində, ruhun təkamülü, insani keyfiyyətlərlə zinətləndirilməsində və ilahi nuraniyyəti qəbul etməsi üçün hazırlanmasına əsaslı təsir göstərir. Oruc tutan şəxs günahları tərk etməklə nəfsi-əmmarəni cilovlayıb nəzarət altına alır və öz ixtiyarına keçirir. Oruc tutulan günlər günahın tərk edilməsi və nəfsə riyazət verilməsi, nəfslə cihad edilməsi üçün bir məşqdir. Bu dövrdə insan öz nəfsini …
İnsan nəfsinin saflaşdırılmasında, aludəliklərdən təmizlənməsində çox böyük rol ifa edən ibadətlərdən biri də oruc tutmaqdır. Orucun fəziləti barəsində çoxlu hədislər nəql olunmuşdur. Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: “Oruc cəhənnəm odundan qorunmaq üçün bir sipərdir.”
İmam Cəfər Sadiq (ə) buyurur: “Mütəal Allah buyurur: «Oruc Mənim üçündür və Mən özüm da oruc tutanın mükafatını verəcəyəm.»
O Həzrət (ə) yenə buyurur: “Oruc tutan şəxs behiştin bağlarında bəhrələnir, məlaikə də iftar vaxtına qədər ona dua edir.”
Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: “Hər kəs savab üçün bir gün müstəhəb oruc tutsa, bağışlanmaq onun üçün vacib olur.”
İmam Cəfər Sadiq (ə) buyurur: “Oruc tutan …