Quranın bir gecədə nazil olması ilə bağlı şübhəyə cavab
Otuz cüzdən ibarət olan Quranın bir gecədə peyğəmbərin qəlbinə nazil olması şübhə doğura bilər. Görən, belə bir iş mümkündürmü? Bu söz Quranın 23 il ərzində nazil olması ilə uyğunlaşırmı?
İslam düşmənlərinin peyğəmbərə qarşı etirazlarından biri də Quranın nə üçün bir dəfəyə nazil olmaması idi. Quran bu barədə buyurur: “Sənin ürəyinə səbat, qətiyyət vermək üçün biz onu ayə-ayə tədriclə nazil etdik.” Qurani-Kərim altı mindən çox ayədən ibarətdir. Cəbrailin bu qədər ayəni bir gecədə təbii şəkildə peyğəmbərə oxuması təsəvvürolunmazdır.
Bu cür məsələlərin cavabında Qurani-Kərimin istifadə etdiyi üsullardan biri şübhələrə cavab üsuludur. Quran buyurur: “…Yeri bitkilər öləndən sonra yenidən dirildir. Siz də torpaqdan belə çıxardılacaqsınız.”
Ölmüş yerdən bitkiləri canlandıran Allah ölmüş insanları, çürümüş və torpağa qatışmış bədənləri yenidən dirildə bilər. Bu növ açıqlama şübhələrə cavabdır və bir növ dəlil hesab olunur. Quran bununla bağlı başqa halları da nəzərdən keçirir. Məsələn, həzrət İbrahim tərəfindən başları kəsilən və yenidən dirilən canlılar; kəsildikdən sonra yenidən dirilən Bəni-İsrailin inəyi. Bu hallar göstərir ki, Allah üçün axirət aləmində mövcudları diriltmək heç də çətin deyil.
Bu yerdə də şübhələrə cavab üsulundan faydalanmaq olar. Yadda saxlamalıyıq ki, bizim mühakimələrimiz gündəlik müqayisələrimiz əsasında olur. Biz oxumaq və eşitməyi öz həyatımızdakı oxumaq və eşitmək hesab edirik. Elə fikirləşirik ki, kimsə söhbət etmək istəsə, bizim kimi və bizim qədər danışmalıdır. Lakin yaşadığımız bu aləmdə bəzi hallarda qısa bir zamanda bir çox mətləbləri dərk etməyə layiq oluruq. Bu hallardan biri yatanda gördüyümüz yuxudur. Bəzən insan qısa müddətdə elə bir yuxu görür ki, bu hadisələr ayıq vaxtı baş verərdisə bir neçə gün çəkərdi. Az bir vaxtda yuxuda uzun bir macəra görürük və bir çox sözlər eşidirik. Əgər ayıq vaxtı bu sözləri təkrarlasaq, bir neçə saat çəkər. Quranın bir gecədə nazil olması onun hava dalğaları vasitəsi ilə eşidilən sözlər şəklində peyğəmbərə nazil olması deyil. Quran buyurur: “Onu Cəbrail endirdi: Qorxudan peyğəmbərlərdən olasan deyə, sənin qəlbinə (nazil etdi).” Quran bu ayədə ayələrin peyğəmbərin qulağına yox, qəlbinə nazil oluduğunu göstərir.
Bu şübhənin aradan götürülməsi üçün kompüteri misal çəkmək olar. Bir neçə cildlik ensik-lopediyanın maarifini bir kompüter disketində yerləşdirmək olar. Bu disketi aldıqda ensik-lopediyanın bütün maarifi bizim ixtiyarımızda olur. Biz istədiyimiz vaxt bir kompüter aparatından istifadə etməklə disketdə olan mövzulardan fayadalana bilərik. Bu iş həmin ensiklopediyanın bütün sözlərini üstün səviyyədə bizə oxunması demək deyildir. Demək, maddiyyat aləmində bəzi hallarda oxumalı və ya eşitməli məlumatlar toplusunu balaca bir şeyə sığışdırmaq olur. Təfriqə aləmi olan bu aləmdə belə bir imkan varsa, şübhəsiz ki, daha üstün vəhdətin mövcud olduğu qeyri-maddi aləmdə həqiqətləri məcmuə şəklində daha yaxşı toplamaq olar.
Əlbəttə, bu işin necə baş verməsi bizim üçün qaranlıqdır. Lakin belə bir işin mümkünsüz olmadığını bilirik. Eyni zamanda, bu dünyada onun nümunəsini tapmaq olar. Demək, Qədr gecəsi qısa bir müddət ərzində (bir neçə dəqiqə və ya daha az) bütün Quran peyğəmbərin müqəddəs qəlbinə nazil olub və peyğəmbər də onu qəbul edib. Mərhum Əllamə Təbatəbai Quranın nazil olması barəsində “Təfsirul-Mizan” kitabında buyurur: “Qurani-Kərim peyğəmbərin qəlbinə iki şəkildə nazil olmuşdur: Bir dəfəyə nazil olma; tədricən nazil olma. Rəvayətlərin “nüzuli ila bəytil-məmur”, “nüzuli iləssəmaid-dünya” və “nüzuli əla qəlbin-nəbiyy” kimi xatırlatdığı bir dəfəyə nazilolma girami peyğəmbərə xüsusi münasibətlərlə ayə-ayə nazilolma ilə fərqlidir. Bu iki nazilolma arasında olan əlaqə “əl cəm vət-təfriq” əlaqəsidir. Peyğəmbərin qəlbinə 23 il ərzində nazilolma ətraflı nazil olmadır. Qədr gecəsində Quranın nazil olması birdəfəyə və cəm şəkildə olan nazil olmadır. Quranın cəm şəkildə olan nazil olmasının mənasını anlatmaq üçün bizim düşüncəmiz naqisdir.
“Sizə elmin yalnız cüzi bir hissəsi verilmişdir.”
Quranın nazil olduğu gecədə mələklər də enir. Bu gecə çox əzizdir və insanlar üçün ümid mayasıdır. Girami peyğəmbər və pak imamların bəyanatlarına diqqət yetirən insanlar, il boyu özlərini qədr gecəsini dərk etmək üçün hazırlayırlar. Əgər insan bir gecədə otuz min gecə-gündüzün dəyərini əldə edə bilərsə, belə bir gecəni dərk etmək üçün bir il çalışmağa dəyər. İl boyu “Qədr” surəsini oxumaq, ramazan ayının gecələrində min dəfə “Qədr” və ya yüz dəfə “Duxan” surəsini oxumaq Qədr gecəsinin dərk olunmasında təsirli işlərdəndir.
“Rəbbin dərgahında”
93 — əz-Zuha
əz-Zuha (Səhər və ya Səhər işığı) surəsi
(Məkkədə nazil olmuşdur, 11 ayədir)
Mərhəmətli, rəhmli Allahın adı ilə!
1 — And olsun səhərə;
2 — And olsun sakitləşməkdə olan (və ya: getdikcə zülməti artan) gecəyə ki,
3 — (Sənə bir neçə gün vəhy nazil etməməklə) Rəbbin səni (ya Peyğəmbər!) nə tərk etdi, nə də sənə acığı tutdu.
4 — Şübhəsiz ki, axirət sənin üçün dünyadan daha xeyirlidir!
5 — Həqiqətən, Rəbbin sənə (qiyamət günü ən uca şəfaət məqamı, Cənnətdə tükənməz nemətlər) bəxş edəcək və sən (Ondan) razı qalacaqsan!
6 — Məgər O səni yetim ikən tapıb sığınacaq vermədimi?!
7 — Sənin şaşqın (yaxud: uşaq vaxtı Məkkə vadisində azmış) vəziyyətdə tapıb yol göstərmədimi?!
8 — Səni yoxsul ikən tapıb dövlətli etmədimi?!
9 — Elə isə yetimə zülm etmə!
10 — Dilənçini də (qapıdan) qovma!
11 — Və (həmişə) Rəbbinin sənə olan nemətindən söhbət aç!