Müxtəlif rubrikasındakı nəşrlər
Müxtəlif »
Xristiyanlıqda oruc:
Xristiyanlıqda oruc kilsənin üçüncü əmridir.Quranın bildirdiyinə görə oruc xristiyanlara da vacib buyurulmuşdur. Xristiyanlıqda oruc və pəhriz etmək eyni anlamdadır. Orucun məqsədi günahların cəzasını bu dünyadan başlayaraq çəkməkdir. Incil oruca böyük önəm verir. Ancaq oruc
un vaxtları, onların qanunları xristiyan məzhəblərində fərqlidir. Xristiyanlıqda oruc tutmaq 21 yaşından başlayır. Onlar 60 yaşa qədər oruc tuturlar. Roma qəraralarına əsasən 1966-cı ildə oruc yazılı olaraq təsbit edilmişdir. Bir xristiyan pəhriz üçün oruc tutursa ən azı 14 yaşında olmalıdır. Xristiyanlıqda iki növ oruc vardır. Bunlar (Okaristik) şükr orucu və (Ekleziyastik) kilsə orucundan ibarətdir. Bu iki …
Müxtəlif »
Qəmli və kədərləndirici Aşura faciəsindən sonra Bəni Üməyyə xəlifələri İslam ümmətinin rəhbərliyini öz əllərinə alaraq kəskin zülm və diktatorluq etdilər və həddindən artıq nahaq qanlar axıtdılar, islami məarif və təlimlərə batil və qondarma şeylər daxil etməklə İslamın köksünə ağır zərbələr vurdular. İmam Səccad (əleyhis-salam) belə bir şəraitdə pərişan və müsibətli halda bir kuşəyə çəkilmişdi. Heç kəs onun hüzuruna gedə bilmirdi. O Həzrət də hakimlərin güclü nəzarəti altında idi və camaatın arasına çıxıb onların şəri vəzifələrini bəyan edə bilmirdi.
Müxtəlif »
Tərk edilməsi zəruri olan əsas xüsusiyyətlərdən sayılan riya barədə qısaca məlumat versək, məqsədəuyğun olar. Riya insanın diqqətini özünə cəlb edib, əməllərinin aşkarlanması və özünü göstərməsi üçündür.
Riyanın əlamətləri
Ayə və rəvayətlərə əsasən riyakarlara aşağıdakı xüsusiyyətləri aid etmək olar:
münafiq və ikiüzlüdürlər ;
Müxtəlif »
Rəvayətlərdə səbir və dözümün dəyəri və mühüm təsirləri barəsində çoxlu sözlər deyilir. Biz burada onların içindən Əmirəl-möminin Əlinin (ə) səbir və dözüm barəsindəki çox ali bir bəyanını təqdim edirik: “Sizə səbirli olmağı tövsiyə edirəm. Çünki, baş bədənə lazım olduğu kimi, səbir də imana lazımdır. Başsız bədənin xeyiri olmadığı kimi, səbirsiz imanın da xeyiri yoxdur”. Həzrət Əli (ə) bu dərin mənalı müqayisəsində səbir və dözümün ali təsvirini başın bədənə lazımlılığı ilə eyniləşdirir. Qulaq, göz, beyin, iyləmə və dadma orqanlarının hamısı başda yerləşir. Səbir və dözüm də həmçinin belə bir funksiyaya …
Müxtəlif »
Müsəlman dünyası üçün əlamətdar ay olan müqəddəs Ramazan ayı sabah başlayır. Orucluqla bağlı bildiklərimiz və bilmədiklərimizi öyrənmək üçün ilahiyyatçı, «Mənəvi dünya» İctimai Birliyinin rəhbəri Hacı Şahin Həsənlidən müsahibə götürmək qərarına gəldik./ans
— Ramazan ayı nə üçün müqəddəs adlandırılır?
— Ramazan Qurani-Kərimdə adı çəkilən yeganə aydır. Müqəddəs kitabda başqa heç bir ayın adı çəkilməyib. Ramazan ayı ona görə müqəddəsdır ki, Qurani-Kərim bu ayda nazil olub. Məhz bu ayda Allah müsəlmanlara oruc tutmağı vacib buyurub. Qurani-Kərimin “Bəqərə” surəsində Allah bəyan edir ki, “Sizdən öncəkilərə vacib edildiyi kimi, oruc tutmaq sizlərə də vacib edildi ki, …
Müxtəlif »
Şükür olsun o Allaha ki, bizi öz həmdinə hidayət etdi. Onun nemətlərinin şükürünü yerinə yetirmək üçün bizi şükr edənlərdən etdi. Həmin şükrümüzə görə xeyirxahlara verdiyi savablarla mükafatlandırdı.
Şükür olsun o Allaha ki, öz dini ilə hidayət tapmağı bizə bəxş etdi, İslama daxil etdi. Bizi öz ehsan (yaxşı) yoluna gətirdi ki, onun nemətinin vasitəsi ilə razılığını qazanaq. Ona elə həmd edirik ki, bizdən qəbul etsin və onunla bizdən razı qalsın. Və həmd olsun o Allaha ki, aylarından birini Ramazan (Orucluq) ayını — Oruc ayı, İslam ayı, paklıq ayı, günahlardan təmizlənmə ayı, qalxınış …
Müxtəlif »
Müqəddəs Qurani-Kərimdə buyurulur: «Ey iman gətirənlər! Sizdən öncəkilərə buyrulduğu kimi, sizlərə də oruc tutmaq buyrulmuşdur ki, təqvalı olasınız» («Bəqərə», 183).
Müqəddəs Qurani-Kərimdə buyurulur: «Ey iman gətirənlər! Sizdən öncəkilərə buyrulduğu kimi, sizlərə də oruc tutmaq buyrulmuşdur ki, təqvalı olasınız» («Bəqərə», 183).
İslam Peyğəmbəri Həzrət Məhəmməddən (s) nəql edirlər: «Hər bir şeyin qapısı vardır və ibadətin qapısı orucdur». «Oruc — cəhənnəm odunun qarşısında bir sipərdir».
İmam Əlidən (ə) nəql edilir: «Ey insanlar! Sadəcə olaraq, «Ramazan» deməyin! Çünki, Ramazanın həqiqi dəyərini bilmirsiniz. Əgər bir kəs belə desə, gərək sədəqə versin və oruc tutsun. Yaxşısı budur, Allah-Təalanın …
Müxtəlif »
İmam Rzadan (ə) nəql edilən bir hədisdə öz səhabəsinə buyurur: «Mümkün olduqca dua oxu, tövbə və istiğfar et, Quran oxu, çünki Ramazan ayı yaxınlaşır və ixlaslı olmağın daha yaxşıdır, xalqa heç bir borcun olmasın, ürəyindən kini uzaqlaşdır və heç bir şəkildə günah işləmə.»
Bəli, indi ramazan ayındayıq və iman duyğusunu bütün bədənimizlə hiss edirik. Nurani iftar vaxtı və mələkuti imsaq vaxtı, uca Allaha dua etmək üçün ən uyğun zamandır. Ramazan ayı bərəkət və rəhmətlə gəlir və günahları bağışlayaraq gedir. Buna görə oruc tutan insanlar ruhlarında böyük bir dəyişiklik hiss edirlər.
Müxtəlif »
Orucun haqqı odur ki, biləsən, oruc, Allah-taalanın sənin dilinə, qulağına, gözünə, övrətinə və qarnına qoyduğu örtükdür. Onun vasitəsi ilə özünü atəşdən qoruyursan. Beləliklə, əgər orucu tərk etsən, Allah-taalanın sənə özünü Cəhənnəm atəşindən hifz etməkdən ötrü verdiyi pərdəni cırmısan. Necə ki, hədisdə var: Oruc Cəhənnəm atəşindən örtükdür.
Orucun haqqı odur ki, biləsən, oruc, Allah-taalanın sənin dilinə, qulağına, gözünə, övrətinə və qarnına qoyduğu örtükdür. Onun vasitəsi ilə özünü atəşdən qoruyursan. Beləliklə, əgər orucu tərk etsən, Allah-taalanın sənə özünü Cəhənnəm atəşindən hifz etməkdən ötrü verdiyi pərdəni cırmısan. Necə ki, hədisdə var: Oruc Cəhənnəm atəşindən …
Müxtəlif »
Orucun hikmətlərindən biri də insanın bədəninin sağlamlığıdır. Orucun, insanın bədəninin sağlamlığına olan təsirlərini şərh etməzdən əvvəl, xəstəliklərin hansı yollarla insanın bədəninə daxil olub, onu xəstələndirdiyinə diqqət edək!
Orucun hikmətlərindən biri də insanın bədəninin sağlamlığıdır. Orucun, insanın bədəninin sağlamlığına olan təsirlərini şərh etməzdən əvvəl, xəstəliklərin hansı yollarla insanın bədəninə daxil olub, onu xəstələndirdiyinə diqqət edək! Əvvəlcə, din övliyalarının bu barədəki nəzəriyyələrinə baxaq:
1. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur: “İnsanın mədəsi, hər bir dərdin mənzili, pərhizkarlıq isə hər bir dərmanın sərçeşməsidir.”
2. İmam Kazim (əleyhissalam) buyurur:“Pərhiz bir dərdin dərmanının sərçeşməsi, mədə …