«Təfsiri-Safi»də İbn-Abbasdan belə nəql olunur: Həzrət Peyğəmbərə (s) Allaha xatir cihad üçün min ay çiynində silah gəzdirən Bəni-İsrailli bir şəxs haqqında danışdılar. Peyğəmbər (s) heyran qaldı və arzu etdi ki, onun da ümmətindən beləsi çıxaydı! Həzrət (s) dua üçün əl açdı və dedi:
Qəmli və kədərləndirici Aşura faciəsindən sonra Bəni Üməyyə xəlifələri İslam ümmətinin rəhbərliyini öz əllərinə alaraq kəskin zülm və diktatorluq etdilər və həddindən artıq nahaq qanlar axıtdılar, islami məarif və təlimlərə batil və qondarma şeylər daxil etməklə İslamın köksünə ağır zərbələr vurdular. İmam Səccad (əleyhis-salam) belə bir şəraitdə pərişan və müsibətli halda bir kuşəyə çəkilmişdi. Heç kəs onun hüzuruna gedə bilmirdi. O Həzrət də hakimlərin güclü nəzarəti altında idi və camaatın arasına çıxıb onların şəri vəzifələrini bəyan edə bilmirdi.
Tərk edilməsi zəruri olan əsas xüsusiyyətlərdən sayılan riya barədə qısaca məlumat versək, məqsədəuyğun olar. Riya insanın diqqətini özünə cəlb edib, əməllərinin aşkarlanması və özünü göstərməsi üçündür.
Riyanın əlamətləri
Ayə və rəvayətlərə əsasən riyakarlara aşağıdakı xüsusiyyətləri aid etmək olar:
münafiq və ikiüzlüdürlər ;
Rəvayətlərdə səbir və dözümün dəyəri və mühüm təsirləri barəsində çoxlu sözlər deyilir. Biz burada onların içindən Əmirəl-möminin Əlinin (ə) səbir və dözüm barəsindəki çox ali bir bəyanını təqdim edirik: “Sizə səbirli olmağı tövsiyə edirəm. Çünki, baş bədənə lazım olduğu kimi, səbir də imana lazımdır. Başsız bədənin xeyiri olmadığı kimi, səbirsiz imanın da xeyiri yoxdur”. Həzrət Əli (ə) bu dərin mənalı müqayisəsində səbir və dözümün ali təsvirini başın bədənə lazımlılığı ilə eyniləşdirir. Qulaq, göz, beyin, iyləmə və dadma orqanlarının hamısı başda yerləşir. Səbir və dözüm də həmçinin belə bir funksiyaya …
Müsəlman dünyası üçün əlamətdar ay olan müqəddəs Ramazan ayı sabah başlayır. Orucluqla bağlı bildiklərimiz və bilmədiklərimizi öyrənmək üçün ilahiyyatçı, «Mənəvi dünya» İctimai Birliyinin rəhbəri Hacı Şahin Həsənlidən müsahibə götürmək qərarına gəldik./ans
— Ramazan ayı nə üçün müqəddəs adlandırılır?
— Ramazan Qurani-Kərimdə adı çəkilən yeganə aydır. Müqəddəs kitabda başqa heç bir ayın adı çəkilməyib. Ramazan ayı ona görə müqəddəsdır ki, Qurani-Kərim bu ayda nazil olub. Məhz bu ayda Allah müsəlmanlara oruc tutmağı vacib buyurub. Qurani-Kərimin “Bəqərə” surəsində Allah bəyan edir ki, “Sizdən öncəkilərə vacib edildiyi kimi, oruc tutmaq sizlərə də vacib edildi ki, …