Главная » Fitr bayramı

Fitrə zəkatının müxtəlif məsələləri

5 августа 2010 Нет комментариев

Malın zəkatında olduğu kimi, fitrənin zəkatında da qürbət qəsdi lazımdır. Yəni, Allahın əmrinə itaət etmək məqsədi ilə fitrə zəkatı verilməlidir və fitrə niyyəti də şərtdir.  Fitrə zəkatını ramazan ayından qabaq vermək olmaz. Verdiyi halda isə, Fitr bayramı günü yenidən verməlidir. Vacib ehtiyata əsasən, mübarək ramazan ayında da verməsin. Lakin, əgər ramazan ayından əvvəl, yaxud ramazan ayında fəqirə borc versə, ona fitrə vacib olandan sonra öz borcunu fitrə yerinə hesab etməsinin maneəsi yoxdur. Fitrə zəkatında insanın şəxsən yediyi yemək meyar götürülür. Həmin şəhər və yaxud məntəqənin adi yeməkləri meyar sayılır. Belə olan halda, həmişə düyü yeyən şəxs fitrə zəkatını buğdadan verə bilər. Fitrə zəkatında ərzağın yerinə pul vermək olar. Məsələn, bir “mən” buğdanın qiymətini hesablayıb onun pulunu o ünvanla fəqirə verə bilər. Lakin, gərək diqqət edilsin ki, qiymətin meyarı rəsmi və topdan satış qiymət yox, azad bazarda müxtəlif şeylər satılandır. Başqa ifadə ilə desək, fəqir ona verilən pula həmin malı bazardan ala bilməlidir.  Fitrə üçün verilən buğda və s. torpaq və ayrı şeylərlə qarışıq olmamalıdır. Çox az miqdarda olub, saya gəlmədikdə, istisnadır.

Fitrə zəkatını eyibli maldan vermək olmaz. Lakin, camaatın çox istifadə etdiyi yemək növündən olarsa, eybi yoxdur. Bir neçə nəfərin fitrə zəkatını verən şəxsin hamısını bir növ maldan verməsi vacib deyil. Məsələn bəziləri üçün buğda, bəziləri üçün də arpa verə bilər. Fitrə zəkatının verilmə vaxtı Fitr bayramı günü, namaz qılmazdan əvvəldir. Bu baxımdan, fitr bayramı namazını qılan şəxs gərək fitrəni namaz qılmazdan əvvəl versin. Lakin, əgər bayram namazı qılmırsa, bayram gününün zöhrünə qədər gecikdirə bilər. Əgər fəqirə əli çatmırsa, öz malından bir miqdar fitrə niyyəti ilə ayırıb, nəzərdə tutduğu və yaxud hər bir müstəhəqq üçün kənara qoya bilər. Onu verdiyi hər bir vaxtda fitrə niyyəti etməsi vacibdir.

Əgər fitrə zəkatının verilməsi vacib olan vaxtda fitrə verməyə və yaxud kənara qoymasa, ehtiyata əsasən, sonradan “ma fiz-zimmə”- əda və qəza qəsdi etmədən fitrəni verməlidir. Fitrə üçün kənara qoyduğu malı başqa bir malla əvəz edə bilməz. Gərək onun özünü fitrə üçün versin.  Əgər fitrə üçün kənara qoyduğu malı səhlənkarlıq edib fəqirə vermədiyindən aradan getsə, onun əvəzini verməlidir. Lakin (fəqirə) verə bilmədiyi və (onun) qorunmasında səhlənkarlıq etmədiyi halda, ona bir şey vacib olmaz. Əgər insan, qiyməti fitrədən çox olan malının bir miqdarını fitrə verəcəyini niyyət etsə, eybi yoxdur. Vacib ehtiyata əsasən, fitrə zəkatı həmin məntəqədə istifadə edilməlidir. Məsələn, ayrı şəhərdə olan qohumları üçün göndərə bilməz. Əgər o məntəqədə müstəhəq olmadıqda isə istisnadır. O məntəqədə müstəhəqq olduğu halda fitrəni başqa bir şəhərə apardıqda tələf olsa, zamindir. Lakin, şəriət hakimi ehtiyaclıların məsləhəti üçün onu ayrı şəhərə aparmalarını icazə verə bilər.)N$O@O#$R%_^P&A(G*E! 205 Əvvəllər qeyd edildiyi kimi, vacib ehtiyata əsasən, fitrə zəkatını fəqir və miskinlərdən başqa yerlərdə istifadə etmək olmaz. Habelə, onunla iş yerləri açıb mənfəətini ehtiyaclıların xidmətində qoymaq olmaz. Lakin, onunla ehtiyaclı şəxslər üçün, məişətlərini təmin etmək qədər sərmayə hazırlamaq caizdir.

“Şəri suallara cavablar”

Şəhr yazma dayandırılıb.