Главная » Müxtəlif

Allahın ziyafət ayı — RAMAZAN

20 августа 2010 Нет комментариев

İmam Rzadan (ə) nəql edilən bir hədisdə öz səhabəsinə buyurur: «Mümkün olduqca dua oxu, tövbə və istiğfar et, Quran oxu, çünki Ramazan ayı yaxınlaşır və ixlaslı olmağın daha yaxşıdır, xalqa heç bir borcun olmasın, ürəyindən kini uzaqlaşdır və heç bir şəkildə günah işləmə.»

Bəli, indi ramazan ayındayıq və iman duyğusunu bütün bədənimizlə hiss edirik. Nurani iftar vaxtı və mələkuti imsaq vaxtı, uca Allaha dua etmək üçün ən uyğun zamandır. Ramazan ayı bərəkət və rəhmətlə gəlir və günahları bağışlayaraq gedir. Buna görə oruc tutan insanlar ruhlarında böyük bir dəyişiklik hiss edirlər.

Allahın yaxşı bəndələrinə qarşı hər vaxt yaxşı davranar və təvazo göstərər. Bu insanlar hətta cahillər tərəfindən təhqir edilsə belə yaxşı xasiyyətlərindən əsla imtina etməz, cahillərə hörmət ilə salam verər və bu davranışlarıyla şəxsiyyətlərini sərgiləmiş olarlar. Furqan surəsinin 63-66-cı ayələrində belə buyurur:

«Rəhmanın bəndələri, yer üzərində təvazökarlıqla gedən və cahillər onlara xitab edən zaman da «salam» deyən kəslərdir. Və onlar gecəni Rəbblərinin qarşısında səcdə edən və dayanan halda gündüz edərlər. Onlar o kəslərdir ki deyərlər: Ey Rəbbimiz, cəhənnəm əzabını bizdən dəf et, ki həqiqətən onun  əzabı əzabı ayrılmaz və həmişəlikdir.. Şübhəsiz o, nə pis bir qərargah və nə pis bir məkandır.»

Əgər insan, kainat və varlığın Allahın sonsuz qüdrət və hikmətinin bir simvolu olduğuna inanırsa başqalarına qürurlu və təkəbbürcəsinə baxmaz, əksinə hər kəsə sevgi ilə baxar. Təvazökar insan əgər belə bir sifətə sahibdirsə bunu Allahın fəzlvə rəhmətindən bilməlidir. İmam Əli (ə) belə buyurur: «Üç şey sevgiyə səbəb olar: dindarlıq, təvazökarlıq və comərdlik.» Təvazokarcasına davranış bəzən doğru yolu itirən insanların hidayətə çatmalarına köməkçi olur və bu cür insanları həqiqətə yönəldir. İslam dini və ayrıca psixologiya elminə görə alçaqlıq duyğusunu insanda, xarakter zəifliyindən meydana gəlir və heçdə düzgün bir duyğu deyil.

Almaniyadan bir müsəlman qardaşmızın dediklərinə qulaq asaq

İllərcə araşdırdıqdan sonra İslam dinini qəbul edən Məhəmməd Hubom, mübarək ramazan ayı üçün belə deyir: Oruc tutmaq, bizim iradəmizi gücləndirən bir vəzifədir. Oruc tutmaq, yoxsulların vəziyyətini anlamaq üçün bir vasitədir. Ancaq məncə bu ayın ən əhəmiyyətli xüsusiyyəti, insanın Allaha daha çox yaxınlaşmasıdır. Burada, yəni Avropada bir çox insan orucu tutmurlar, buna görə biz də oruc tutmaya bilərik, rahatlıqla yeyib içə bilərik. Lakin biz bunu Allahın razılığı üçün etmərik, çünki Allahın varlığını hiss edirik. Uca Allah müsəlman olmayan bir ölkədə onun buyruğunu yerinə yetirildiyini görməkdədir. Bu ay iman və təqva təhsili üçün ən uyğun aydır və eyni zamanda insan böyük bir hüzur və rahatlıq hiss edir və hər kəs özünü uca Allah qatına daha yaxın görür.

Bir alimdən soruşular: İnsanın neçə növ dostu vardır? Alim belə cavab verir: Üç növ, birincisi növə ölümə qədər insanın yanında olanlardır ki, buna ana, ata, həyat yoldaş və övladları nümunə verə bilərik. İkincisi, yaşadığımız müddətdə bizimlə dost olanlar olub biz ölündə başqalarına aid olarlar ki buna da mal, sərvət, mülk və ləl-cəvahirat kimilərini nümunə verə bilərik. Üçüncüsü, ölümdən sonra belə bizdən ayrılmayanlardır, bu da insanların əməlidir. Ona görə də hər zaman saleh əməllər etməyə çalışın.

www.faktxeber.com

Şəhr yazma dayandırılıb.