Главная » Müxtəlif

Oruc və insanın sağlamlığı

20 августа 2010 Нет комментариев

Orucun hikmətlərindən biri də insanın bədəninin sağlamlığıdır. Orucun, insanın bədəninin sağlamlığına olan təsirlərini şərh etməzdən əvvəl, xəstəliklərin hansı yollarla insanın bədəninə daxil olub, onu xəstələndirdiyinə diqqət edək!

Orucun hikmətlərindən biri də insanın bədəninin sağlamlığıdır. Orucun, insanın bədəninin sağlamlığına olan təsirlərini şərh etməzdən əvvəl, xəstəliklərin hansı yollarla insanın bədəninə daxil olub, onu xəstələndirdiyinə diqqət edək! Əvvəlcə, din övliyalarının bu barədəki nəzəriyyələrinə baxaq:

1. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur: “İnsanın mədəsi, hər bir dərdin mənzili, pərhizkarlıq isə hər bir dərmanın sərçeşməsidir.”

2. İmam Kazim (əleyhissalam) buyurur:“Pərhiz bir dərdin dərmanının sərçeşməsi, mədə isə dərdlərin mənzilidir.”

Yenə həmin Həzrətdən nəql olunur, buyurur:“Hər bir dərman, insanda həyəcan və başqa bir xəstəliyin meydana gəlməsinə səbəb olur. Bədəndən ötrü yeməklərdən pərhizlə istifadə etməkdən faydalı şey yoxdur.”

3. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:“Oruc tutun ki, sağlam olasınız!”

Bu rəvayətlərdə, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) və İmam Kazim (əleyhissalam) öz elmlərini vəhydən olmaqla, həm sağlamlq, həm də tənbəllik yollarını göstərir, bütün xəstəliklərin mədədən başlanmasına işarə edirlər.

4. “Ravi Əsbəğ ibni Nubatə nəql edir: Həzrəti əmirəl-möminin Əli (əleyhissalam) oğlu İmam Həsən (əleyhissalam)-a buyurur: Oğlum! Sənə dörd kəlmə göstəriş öyrədimmi ki, əgər riayət etsən, bütünlüklə həkimlərdən ehtiyacsız olarsan? Ərz etdi: Bəli! Həzrət buyurdu: Acmayınca süfrə başında oturma! Süfrədən, yeməyə iştahan olan halda qalx! Yeməyi yaxşı çeynə! Yatmazdan əvvəl ayaqyolunaget! Əgər belə etsən, təbibdən ehtiyacsızsan!”

Bu rəvayətdə görürük ki, yenə də yemək, mədə, çox yemək, pərhiz və yaxşı çeynəməkdən söz gedir. Yəni, bütün xəstəliklərin kökü, mədə və yeməkdəndir. İndi də mədənin ixrac və idxalından söz açaq.

BƏDƏNİN İXRACINDA NƏZMİ VƏ İDXALINDAKI NƏZMSİZLİYİ

İxracedici orqanizmdən sayılan böyrək, cigər, bağırsaq və dərinin hamısı münəzzəmdirlər. Böyrəklər, hətta, unutmurlar ki, insanın gecə yuxuya ehtiyacı olduğuna görə bövl etməkdən ötrü çox da fəaliyyətə ehtiyac yoxdur. Ona görə də gecənin qaranlığı və yuxunun ağırlığına münasib olaraq, az maddə ixrac edir və bununla da az bövl vücuda gəlir. Dəri və damarlar da bunun kimidirlər. Lakin, bədənin idxalı o qədər nəzmsizdir ki, bəzən insan pakizə, halal və təmiz yeməklərin əvəzinə, öz əlləri ilə toz-torpaq, tüstü və spirtli içkiləri öz bədəninə tökür. Nəhayət, insanın müqavimət qüvvəsi aradan gedib pis günə düşür.

Bədən, yeyib-içilənlərin daxil olduğu ehtiyat mənbəyidir. İnsanın bəzi bədən üzvləri həmişə zərərverici şeyləri bədəndən xaric etmək üçün çalışdıqlarına görə, onlara bu işi görməyə fürsət vermək lazımdır. Bu fürsət və yaxşı fəaliyyət isə yalnız, qida maddələrinin keyfiyyətini və kəmiyyətini münəzzəmləşdirib, bədənə pərhizlə verilməsi ilə əmələ gəlir.

VƏZİLƏR

1. Maddələr ixrac edən vəzilərin bağlılığının az və ya çox olması, bədəndə çatışmamazlığa səbəb olur.

2. Hipovyuz. O vəzilərdəndir ki, bədənə yaxından bağlı olub, vəzilərin ən mühümü, xüsusilə yuxarı böyrək vəzilərinin əsası sayılır.

3. Böyrəklərin yuxarısında bir qisim maddələrin vücuda gəlməsi çox mühüm olub, bütün bədən hüceyrələrinə yetişir. Çox yemək və pis yemək onların fəaliyyətinə böyük təsir göstərir.

4. Sübut olunub ki, mədəaltı vəzi ilə böyrəyin yuxarı vəziləri insanın ömrünün uzun olmasında mühüm rol oynayır.

5. Sübuta yetib ki, böyrəküstü vəzilərlə mədəaltı vəzilərin yaxından bağlılığı vardır.

6. Təhəqqüq tapıb ki, yaş həddi yuxarı getdikcə mədəaltı vəzinin hazırladığı maddələr azalır, lakin, böyrəyin yuxarı vəziləri elə hormonlar ixrac edir ki, yaş həddi onun fəaliyyətinə təsir etmir.

7. Son vaxtlar biologiya mütəxəssisi Vladimir Nikitin səhra siçanlarının üzərində illərlə təcrübə apardıqdan sonra sübuta yetirmişdir ki, siçanları xüsusi metodla ac saxlamaqla, onların iki il yarımlıq ömrünü, dörd il yarıma çatdırmaq olur. Adı çəkilən professor mötəqiddir ki, əgər böyrəyin yuxarı vəziləri bir müddət aclıq çəksə, məcbur olacaq ki, bədənin fəaliyyətinə mane olan hormonlardan istifadə etsin. Bu cəhətdən, əgər il arasında müxtəlif çatışmamazlıqlar, pis qidalanma və s. baş verərsə, oruc tutmaqla onların fəaliyyət sistemini uzun müddət tənzim etmək olar.

METABULİZMƏ NƏZƏR

Çoxları təsəvvür edir ki, yediyimiz şeylərin hamısı bədəndə əriyib enerjiyə çevrilir və sonradan dəf olunur. Lakin, bu çox səhv bir təsəvvürdür. Bədənin xüsusi bir hovuz olub, qidanı bir tərəfdən alıb, başqa tərəfdən xaric etməsi kimi təsəvvür olunması yanlışdır. Məsələn, “şirni maddələrinin» bir tərəfdən bədənə daxil olub, başqa tərəfdən dəf olunması prosesinə “metabulizim nahiyəsi» deyilir.

Bədənə daxil olan hər şey təzədir. Təzə də olmalıdır. Bədəndən çıxan hər şey köhnə olub, çoxdan qalmadır. Köhnədən qalanlar xaric olmalıdırlar. Necə ki, dünya da belədir, uşaqlar gəlirlər, böyüklər və qocalar gedirlər. Bu gün bədənə daxil olan oksigen altı ay sonra xaric olur. Həmçinin, bədənə daxil olan bu günkü kalsium 180 gündən sonra sərf olunur. Əgər qidada azot olsa, bir neçə həftədən sonra onu bovlda görürük. Beləliklə, heç də fikirləşməli deyilik ki, bütün köhnələr tezliklə yerini təzələrə verir. Bəlkə də, bu hədəfə yetişmək üçün çoxlu sayda günlərə ehtiyac var.

Doktor Jan Frumuzan yazır: Kişidə 30% və qadında 20% cəm olan ciyər qlikogeni və qan proteini ondan ötrü bir ay kifayət edər.

Doktor Aliksis Karl özünün “İnsan, tanınmamış mövcud» kitabında oruc haqqında yazır: Oruc tutmaqla ciyərdəki şəkər tökülür və dərinin altında yığılmış piylər, əzələ proteinləri və ciyər hüceyrələri, vəzilərdən azad olub, qida kimi bədənə sərf olunur. Bütün bu nəzəriyyələrdən nəticə almaq olar ki, insan bir ay müddətindəki orucda təzə təmir olunmuş bədənə malik olub, zəhərli və köhnə maddələrin qeyd-bəndindən xilas olur.

ORUC MƏDƏ YARASI YARADIRMI?

Səhv təbliğin nəticəsində, bəzilərinin zehnində yaranan fikirlərdən biri budur ki, oruc tutmaq mədə yarasına səbəb olur. Bu sualın cavabında demək lazımdır ki: Əgər oruc tutmaq mədə yarasına səbəb olursa, belə bir sual qarşıya çıxır ki, nəyə görə oruc tutmayan millətlər arasında statistikaya əsasən, müsəlmanlardan dəfələrlə çox mədə yarası qeydə alınıb? Bəli! Əgər mədə yarası yalnız, müsəlmanlar arasında yayılmış olsaydı və başqa millətlərdə müşahidə olunmasaydı, demək olardı ki, bu xəstəliyin müsəlmanlar arasında yayılması, onların oruc tutmalarının üzündən olardı. Halbuki, belə deyil. Qərb millətləri arasında mədə yarasının sayı getdikcə artmaq üzrədir.

İkincisi, əgər oruc tutmaq, mədə yarasına səbəb olardısa, onda 14 əsr müddətində təkrar oruc tutan müsəlmanların nəsillərində bu xəstəlik bir irs kimi qoyulardı. Halbuki, belə deyildir.

MƏDƏ YARASININ SƏBƏBLƏRİ

1966-cı ildə Yaponiyanın Tokio şəhərində təşkil olunan “Dünya Mədə yaraları» konfransında, mədə yaralarının yaranmasının səbəbləri araşdırılmışdır. Hər bir ölkədən iştirak edən nümayəndələr, ölkələrindəki mədə yaralarının səbəblərini tibbi cəhətdən araşdırıb, səbəblərini konfrans iştirakçılarının ixtiyarına qoymuşdular. Bu məlumatda, mədə yarasının amillərindən ən çox siqaret məmulatları, həddən artıq isti yeməyin yeyilməsi, həddən artıq su içmək, əsəb sistemlərini oynadan maddələrə adət etmək (qəhvə, dərman), duzlu və turş yeməklərdə ifrat-təfritə yol vermək, spirtli içkilərin istifadəsi və s. işlər mədə yarasının əsas səbəbləri kimi qeyd olunmuşdur.

Konfransda Türkiyə nümayəndəsi, Ramazan ayından sonra konfransa məlumat verir ki, oruc bu işi tezləşdirir. Bu mənada ki, oruc tutmaq mədə yarasının səbəbi deyildir. Lakin, mədə yara olduqdan sonra oruc tutmaq, yaranın artmasını tezləşdirir.

Buda o haldadır ki, İslam dinində xəstələrin, yaxud, hər kəs bilsə ki, oruc tutmaq onun xəstələnməsinə səbəb olacaq, oruc tutmalarına icazə verilmir. Onun orucu sağalandan sonra vacib olur.

ALEKSEY SAFRİNİN “TİBBİ ORUC» NƏZƏRİYYƏSİ

Müxtəlif yeməklərin nəticəsində bir miqdar yemək mədədən keçir və bədən hüceyrələrinə qatışıb sərf olunmur. Bəlkə də dərinin altında, ürəyin ətrafında və bədənin başqa həssas yerlərində anbar olub qalır. Həmin maddələr, bir müddət sonra üfunətli mikroblar yaradır və müxtəlif xəstəliklərin vücuda gəlməsinə səbəb olur. Üfunət və artıq qida maddələri bədəndə nə qədər çox olsa, xəstəlik bir o qədər şiddətli olar. Təbii ki, belə xəstəliklərin də təzə adları olur. Lakin, bütün bu xəstəliklərin kökü birdir. O da mikrob və viruslar. Çünki, onların yaşayışı o yerdə mümkündür ki, orada çoxlu artıq çirkli protenilər və qida maddələri olmuş olsun. Belə xəstəliklərin müalicəsi və mikrobları aradan aparmaqdan ötrü ilk növbədə artıq zibilləri bədəndən çölə atmaq lazımdır. Bu da, o halda mümkündür ki, bədənə qida yetişməsin. Bədənə təkcə, su çatmış olsun. Bu halda, bədən öz-özünə artıq qida maddələrini və üfunətli şeyləri yığıldığı yerdən çıxarıb sərf edəcəkdir. Belə olan halda xəstəliyin kökü kəsilər və bədən, xəstəliyin sona yetməsi əlamətini nişan verər. Bu yolla müalicənin üstünlüyü budur ki, bütün xəstəliklərin hamısını birdən müalicə edir.

Bura qədər həkimlərin nəzəriyyəsinə əsasən, xəstəliklərin sağalması və bədənin öz sağlamlığını ələ gətirməsinin əsas yollarından birinin, pərhiz və oruc tutulmasında olmasını öyrəndik. Bəlkə də, bütün bu yollar arasında, oruc tutmaq ən yaxşı yoldur. Bəli! İnsanları yaradan ulu Tanrı, ona vacib etmişdir ki, ibadət və bəndəlik ruhiyyəsi yaratmaqla yanaşı, öz bədəninin sağlamlığını da qorusun. Əvvəlcədən qeyd etdik ki, İmam Səccad (əleyhissalam) orucun hikmətlərindən ən çox əzaların nəzafətdə saxlanması və onların Allah yolunda istifadə olunmasına kömək etməsidir. Bəhsin sonunda orucun batini sirlərinə işarə edəcəyik.

ORUCUN SİRLƏRİ VƏ BATİNİ ŞƏRAİTİ

İrfan alimləri orucun üç dərəcəsini qeyd ediblər. Ümumi oruc, xüsusi oruc, məxsus oruc. “Ümumi oruc”, yəni qarnı yemək-içməkdən, övrəti, şəhvətdən və cinsi meyllərdən hifz etmək.

Amma “məxsus oruc”, yəni bunlardan əlavə, qulağı, gözü, dili, əl və ayaqları və s. əzaları günahdan saxlamaq. Orucun bu mərtəbəsinə İmam Sadiq (əleyhissalam) belə işarə edir, buyurur:

“Oruc tutarkən qulağın, gözün, tükün, dərin və başqa əzaların da oruc olsun. Oruc tutduğun gününlə, oruc tutmayıb tox olduğun gün eyni olmasın.”

Başqa bir xəbərdə buyurur: “Oruc tutarkən, riya, mübahisə və xidmətçilərə əziyyəti tərk et. Vüqarla oruc tut! »

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) eşidir ki, bir nəfər oruc qadın, öz kənizinə söyüş verib. Həzrət ona yemək gətirib buyurur: Ye! Qadın ərz edir: Orucam. Həzrət buyurur: Necə orucsan ki, öz kənizinə söyüş verirsən? Oruc təkcə yemək-içməkdən çəkinmək deyil!

Amma, «ən məxsus oruc» odur ki, qəlbin dünyanın pis fikirlərindən oruc olub, əməldə Allahdan başqa heç bir şey fikirləşməyəsən. Belə orucun açılmasının səbəbi yemək-içməkdən istifadə deyil, bəlkə də, Allahdan başqa şey barəsindəki təfəkkür və dünyəvi fikirlərə uymaqdır. Hətta, bəzi irfan qəlblilər deyirlər: Hər kim oruc vaxtı fikrini nə ilə iftar edəcəyinə cəmləşdirsə, ondan ötrü xəta yazılar. Bu iş Allahın fəzlinə və ruzi verməsinə, imanın zəif olmasının təsirindəndir.

Orucun bu üçüncü mərtəbəsi, peyğəmbərlərin və ən sadiq şəxslərin mərtəbəsindəndir. O kəslər ki, Rəbbinin rəhmət qapılarına ən yaxındırlar. Allah-taala, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm)-nə buyurur:

“De ki, Allah! Ondan başqasını kənara qoy!”

Həmin mənada İmam Sadiq (əleyhissalam)-ın sözlərinə işarə olunur. Nəql olunur ki, buyurur: “Oruc, dünya bəlalarından və Axirət əzabından qalxan və örtükdür.”

www.faktxeber.com

Şəhr yazma dayandırılıb.