Orucun sirləri və batini şəraiti
İrfan alimləri orucun üç dərəcəsini qeyd ediblər. Ümumi oruc, xüsusi oruc, məxsus oruc. “Ümumi oruc”, yəni qarnı yemək-içməkdən, övrəti, şəhvətdən və cinsi meyllərdən hifz etmək. Amma “məxsus oruc”, yəni bunlardan əlavə, qulağı, gözü, dili, əl və ayaqları və s. əzaları günahdan saxlamaq. Orucun bu mərtəbəsinə İmam Sadiq (əleyhissalam) belə işarə edir, buyurur: “Oruc tutarkən qulağın, gözün, tükün, dərin və başqa əzaların da oruc olsun. Oruc tutduğun gününlə, oruc tutmayıb tox olduğun gün eyni olmasın.” Başqa bir xəbərdə buyurur: “Oruc tutarkən, riya, mübahisə və xidmətçilərə əziyyəti tərk et. Vüqarla oruc tut! » İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) eşidir ki, bir nəfər oruc qadın, öz kənizinə söyüş verib. Həzrət ona yemək gətirib buyurur: Ye! Qadın ərz edir: Orucam. Həzrət buyurur: Necə orucsan ki, öz kənizinə söyüş verirsən? Oruc təkcə yemək-) içməkdən çəkinmək deyil! Amma, «ən məxsus oruc» odur ki, qəlbin dünyanın pis fikirlərindən oruc olub, əməldə Allahdan başqa heç bir şey fikirləşməyəsən. Belə orucun açılmasının səbəbi yemək-içməkdən istifadə deyil, bəlkə də, Allahdan başqa şey barəsindəki təfəkkür və dünyəvi fikirlərə uymaqdır. Hətta, bəzi irfan qəlblilər deyirlər: Hər kim oruc vaxtı fikrini nə ilə iftar edəcəyinə cəmləşdirsə, ondan ötrü xəta yazılar. Bu iş Allahın fəzlinə və ruzi verməsinə, imanın zəif olmasının təsirindəndir. Orucun bu üçüncü mərtəbəsi, peyğəmbərlərin və ən sadiq şəxslərin mərtəbəsindəndir. O kəslər ki, Rəbbinin rəhmət qapılarına ən yaxındırlar. Allah-taala, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm)-nə buyurur: “De ki, Allah! Ondan başqasını kənara qoy!” Həmin mənada İmam Sadiq (əleyhissalam)-ın sözlərinə işarə olunur. Nəql olunur ki, buyurur: “Oruc, dünya bəlalarından və Axirət əzabından qalxan və örtükdür.”