Главная » Fitr bayramı

Fitr və qurban bayramı namazı

5 августа 2010 20 комментариев

Bu namaz imamın hüzuru dövründə vacibdir və camaatla qılınmalıdır. Amma imam qeybdə olduğu vaxt bu namaz müstəhəbdir və həm camatla, həm də fərdi qılına bilər. Fitr və qurban bayramı namazlarının vaxtı günəş doğandan günortayadəkdir. Amma müstəhəbdir ki, qurban bayramının namazı günəş qalxdıqdan sonra, fitr bayramının namazı günəş qalxdıqdan sonra iftardan, fitrə zəkatı verildikdən sonra qılınsın.

Fitr və qurban bayramı namazlarının qaydası

Fitr və qurban bayramı namazları iki rəkətdir. Birinci rəkətdə həmd və surə oxunduqdan sonra beş təkbir deyilməli və hər təkbirdən sonra bir qunut tutulmalıdır. Beşinci qunutdan sonra növbəti təkbir deyilir, ardınca rüku və səcdələr yerinə yetirilir. İkinci rəkətdə dörd təkbir deyilir və hər təkbirdən sonra qunut tutulur. Beşinci təkbirdən sonra rüku və səcdələr yerinə yetirilir. Təşəhhüd və salamla namaz başa çatır.

Bu namazların qunutunda istənilən bir duanı oxumaq olar. Amma savab məqsədi ilə bu duanı oxumaq daha münasibdir:

«Əllahummə əhləl-kibriyai vəl-əzəmə və əhləl-cudi vəl-cəbəruti və əhləl-əfvi vər-rəhməti və əhlət-təqva vəl-məğfirəti əsəlukə bihəqqi hazəl-yəvmilləzi cəəltəhu lil-musliminə əydən vəlimuhəmmədin səlləllahu ələyhi və alihi zuxrən və şərəfən və kəramətən və məzidən ən tusəlli əla muhəmmədin və ali) muhəmmədin və ən tudxiləni fi kulli xəyrin ədxəltə fihi muhəmmədən və alə muhəmmədin və ən tuxricəni min kulli suin əxrəctə minhu muhəmmədən və alə muhəmmədin sələvatukə ələyi və ələyhim əllahummə inni əsəlukə xəyrə ma səələkə bihi ibadukəs-salihunə və əuzu bikə mimməstəazə minhu ibadukəl-muxləsun».

Fitr və qurban bayramları namazlarında müstəhəb əməllər

Fitr və qurban bayramları namazlarında savab ümidi ilə aşağıdakı əməlləri yerinə yetirmək müstəhəbdir:

1. Bayram namazında qiraəti ucadan oxumaq.

2. Namazdan sonra cümə namazında olduğu kimi iki xütbə oxumaq. Fərq budur ki, cümə namazında namazdan qabaq, bayram namazında namazdan sonra xütbə oxunur. (Bu xütbə camaatla qılınan namaza aiddir).

3. Bu namazlarda xüsusi bir surə oxumaq şərt deyil. Amma yaxşı olar ki, birinci rəkətdə «Səbbihismi rəbbikəl-əla» surəsinin əvvəli, ikinci rəkətdə «Vəş-Şəms» surəsi oxunsun.

4. Fitr bayramı günü bayram namazından öncə xurma ilə oruc açılsın, Qurban bayramında namazdan sonra bir qədər qurban əti yeyilsin.

5. Bayram namazından öncə qüsl verilsin, namazdan əvvəl və sonra dua kitablarında verilmiş dualardan oxunsun.

6. Bayram namazında yerə səcdə edilsin, təkbir deyilərkən əllər yuxarı qaldırılsın.

7. Fitr bayramı gecəsi şam və xiftən namazlarından sonra, fitr günü sübh, günorta və ikindi, eləcə də bayram namazından sonra bu təkbirlər deyilsin: «Əllahu əkbər, əllahu əkbər, la ilahə illəllahu vəllahu əkbəru, əllahu əkbəru və lillahil-həmd, əllahu əkbəru əla ma hədana»

8. Qurban bayramı namazından sonra on namazı (onların birincisi bayram gününün günorta və ikindi namazları, sonuncusu on ikinci günün sübh namazı) başa vurub, eyni təkbirlər deyilir və əlavə olunur: «Əllahu əkbəru əla ma rəzəqna min bəhimətil-ənami vəl-həmdu lillahi əla ma əblana». Əgər Qurban bayramı günü Minada olarsa, bu təkbirləri on beş namazdan sonra desin. Bu namazların birincisi bayram gününün günorta namazı, sonuncusu Zil-hiccənin on üçüncü gününün sübh namazıdır.

9. Bayram namazı açıq fəzada qılınsın.

Fitr və qurban bayramları namazının hökmləri

Əgər namazın təkbir və qunutlarının sayında şəkk yaransa, vaxtı ötməyibsə, az ehtimal əsas götürülsün. Sonradan, deyilmiş olduğu bilinsə, namaz düzgündür.  Səhvən qiraət, ya təkbirlər, ya da qunutlar unudulsa, rükuya getdikdən sonra yada düşsə, namaz düzgündür. Bayram namazında bir səcdə və ya təşəhhüd unudulsa, vacib ehtiyat budur ki, namazdan sonra yerinə yetirilsin. Gündəlik namazlarda səcdeyi-səhvə səbəb olan hal yaransa, vacib ehtiyat budur ki, səcdeyi-səhvi namazdan sonra yerinə yetirsin.

20 комментариев »

  • Seymur yazır:

    Salam! Allah köməyiniz olsun! Allah sizi həmişə işlərinizdə müvəffəq etsin! Çox sağ olun bu məlumatrlar üçün.

  • gunel yazır:

    salam. hamini qurban bayrami munasibetile tebrik edirem. kesdiyiniz qurbanlar, qildiginiz namazlar ve etdiyiniz dualar qebul olsun. qurban bayraminiz mubare olsunn

  • Aqshin yazır:

    Allah sizlerden razi olsun sizin sayenizde mende qunut duasin oyrenmiw oldum.Allah herkesin duasin qurbanin qebul etsin Inwallah

  • elsad yazır:

    bismillahi rahmani rehim.allahin salami olsun size muselman baci-qardaşlar hərbirinizin müqədəs qurban bayramini təbrik edirəm.və allahima siğiniram ki ölkəmizin insanlarina itaət versin və sağlamliq ruzi bərəkət versin amin amin amin.allah bunlari bizə başa salan insanlarada köməy olsun amin

  • Fettah yazır:

    Bismillahir Rahmanu Rahim. Salam olsun cemi muselmanlara. Haminin qurban bayrami mubarek olsun, qurban, namaz, ve dualar qebul olunsun. Allah bizim imanimizi azda olsa Ibrahim peygemberin imanina yaxinlashdirsan ve qiyamet gununda Muhemmed (s.e.s.) peygemberin shefaeti ile mukafatlandirsin ve qebr evine qeder imanimizin saxlanilmasinda komek olsun ve bizleri ehlibeytden uzaq dushmeye qoymasin. Inshallahki Imamimiz zuhr etsin ve qurban bayramanin namazi bizlere vacib namaz olsun.
    Saytin rehberliyine xusui minnetdarliq ve allahin rehmeti olsun.

  • Anar yazır:

    Əssəlamun Əleykum Və Rəhmətilullahu Və Bərəkətu Və Salamatu Və Səlavatu… Qurban bayramı münasibəti ilə bütün müsəlman bacı və qardaşlarımızı təbrik edirəm… Bu məqaləni yazmaqda zəhmət çəkənlərə, sayt rəhbərliyinə çox sağ ol deyirəm və onlara Allahdan uzun ömür və can sağlığı arzu edirəm. Amin!!!

  • sevinc yazır:

    salam 3gunmu qlalm bayram namazlnl?

  • admin (author) yazır:

    Salam.
    Xeyr, 1 dəfə bayram günü zöhr namazına qədər.

  • sebine yazır:

    Cox saqolun haminin bu muqqedes bayram olan Qurban bayramini tebrik eleyirem ve haminin kesdiyi qurbanliqi Allahdan qebul olunmasini dileyirem Aminnn inwAllah

  • sadiq nuri yazır:

    salamun eleykum Allah qebul etsin qurbanlarinizi cox saqolun bilmeyenleri melumatlandirdiqinizcun

  • Nicat yazır:

    Assalamu aleykum)bayraminiz mübarek)zöhr namazina qedar catdirmasam sonra qilmaq olar?qezaya gedir?

  • sabina yazır:

    Qurban bayraminiz mubarek

  • ya1zehra yazır:

    cox gozel. Allah razi olsun!

  • Etiram yazır:

    Allah sizlerden razi olsun.

  • Esmer yazır:

    Çoxsağolun. Mende bayram namazını hardan tapacam deye narahat olmuşdum

  • Qehraman yazır:

    Allah razi olsun.Bayraminiz mubarek

  • Shahin yazır:

    Allahin Salami olsun sizlere, etdiyiniz butun eZiyyetlerin behresini hem bu dunyade hemde axiretde inwAllah Allah verdsin. Muqeddes RamaZan bayraminizi tebrik edirem, Allah cemien butun muselmanlarin tutduqlari oruclarini qebul elesin inwAllah

  • Tural Qasimi yazır:

    Salam olsun yazmisinizki

    4. Fitr bayramı günü bayram namazından öncə xurma ilə oruc açılsın, Qurban bayramında namazdan sonra bir qədər qurban əti yeyilsin.

    beyem qurban bayrami gunu oruc tutmaq olarmi?

  • samir yazır:

    ALLAH sizlerden razi olsun.Insallah butun dualariniz qebul olar.