Главная » Fitr bayramı

Allahın pəhrizkar qullarının bayramı

5 августа 2010 Нет комментариев

Bu bayram, Ramazan ayı başa çatdıqdan sonra, növbəti ayın-Şəvval ayının biri qeyd edilir. Həmin bayrama “Fitr” bayramı deyilir. “Eydeyn”dən, yəni, “iki bayram”dan (Qurban və Fitr bayramları) biridir bu bayram. Bu iki bayramda oruc tutmaq haramdır. Müsəlmanlar geridə qoyduqları Ramazan ayını ibadət və orucla keçirdikləri üçün, həmin ay çıxdıqdan sonra Şavval ayının ilk gününü oruc tutmayıb bayram edirlər. Həmin gün, möminlərin Ramazan ayında etdikləri yaxşı əməllərin mükafatını aldıqları gündür. İslam Peyğəmbəri (s) buyurur: “Fitr günü (mələklər) möminləri səsləyərlər: Ey möminlər! Bu gün (Ramazan ayında etdiyiniz xeyir işlərin) mükafatını alın!” Fitr bayramı əslində təqvalı, pəhrizkar, haramlardan çəkinən inanclı insanların bayramıdır. Yəni, bu günün bayram olması bu səbəblədir ki, bir ay Allahın fərmanını dinləyib əməl edən və bu ayı ibadətlə başa vurub mənəviyyatını zənginləşdirib nəfslərini saflaşdıran şəxslər, bu şərəfə nail olub ilahi rəhmətdən öz paylarını aldıqları üçün sevinər, bir-birini təbrik və dua edər və beləliklə də, bayram edərlər. Bu səbəbdən həmin bayramın günahlardan çəkinən kimsələrin bayramı olduğunu qeyd etdik.

Fit bayramı Ramazan ayında oruc tutanların, pis əməllərdən çəkinənlərin bayramı olması ilə yanaşı, həm də, özü bir mənəviyyat və ibadət yönlü bayramdır. Bir çoxları düşünə bilər ki, artıq bir ay oruclu oldum və qadağan edilmiş əməllərdən çəkindim, artıq bəyənilməyən, günah sayılan işlər görə bilərəm. Və yaxud bəziləri də, bu günün (bayram gününün) yalnız bayram etməkdən, süfrə açmaqdan ibarət olduğunu düşünür. Doğrudur, bu gün bayramdır, lakin, ibadət yönlü və mənəviyyatla bağlı bayramdır. Bu bayramın ibadət yönlü olmasının sübutu üçün, Allah rizası üçün fitrə zəkatı təyin edib ehtiyacı olan yoxsullara vermək, bayram namazını qılmaq, eləcə də, bayram günü və gecəsi müstəhəbb buyurulan əməlləri yerinə yetirmək kimi ibadətləri misal göstərmək olar.

www.ihq.az

Şəhr yazma dayandırılıb.