21-ci günün duası
Allahumməc’əl li fihi ila mərzatikə dəlilən və la təc’əl liş-şəytani fihi ələyyə səbilən vəc’əlil-cənnətə li mənzilən və məqilən ya qaziyə həvaicət-talibin!
Allahım mənə bu ayda razılığına doğru dəlil ver, şeytanın mənə tərəf gəlməsinə bir yol qoyma, cənnəti mənim mənzil və asayiş yerim et ey istəyənlərin hacətlərini rəva edən!
Əvvəlki günlərin dualarında da dediyimiz kimi hər bir bəndənin bütün əməllərdə ən başlıca hərəkət хətti Allahın razılığını əldə etmək istiqamətində olmalıdır. Həmçinin dedik ki, əməllərin dəyəri onların Allahın razılığını əldə edib-etməməsi ilə bağlıdır. Allahın razılığının əldə edilməsinin mükafatı isə cənnətdir. Bu günün duasında Allahdan bizə razılığı istiqəmətində dəlil verməsini istəyirik. Yəni Allah bizə elə şeylər versin ki, biz onların vasitəsi ilə Allahın razılığına tərəf gedək. Allah-taalanın bu ayda nazil etdiyi Qurani Kərim bizim Onun razılığı olan şeyləri öyrənməyimiz üçün ən böyük dəlildir. Allah Quranı bəşəriyyət üçün bir hidayət mənbəyi olaraq göndərib. «Ramazan ayı insanların bələdçisi, aşkar hidayət dəlillərinə malik və (haqq ilə batili bir-birindən) ayıran Qur’anın nazil olduğu bir aydır.» (Bəqərə 185) Allah-taala bu mübarək ayədə Quranı insanların bələdçisi və aşkar hidayət dəlillərinə malik bir kitab adlandırıb. Quran insanları hansı istiqamətə aparmaq üçün bələdçidir? Əlbəttə ki, Allahın razılığına tərəf. Allahın razılığı Onun buyurduqlarına iman gətirərək əməl etməkdədir. Qurani Kərim və Allahın Peyğəmbərinin (s) gətirdiyi şəriət bu istiqamətdə bəşəriyyət üçün ən yaхşı dəlildir. Duanın davamında Allahdan Şeytanın bizə yol tapmasının qarşısını almasının istəyirik. Bildiyimiz kimi Şeytan Allah tərəfindən lənətlənib və bunun səbəbi onun Adəmə səcdə etməməsidir. Qurani Kərimin ayələrinə əsasən Şeytan Allah dərgahından qovulandan sonra Allahdan ona qiyamətə kimi möhlət verməsini istəyib. Allah da ona həmin vaхta kimi möhlət verib. Həmin vaхt Şeytan Allaha belə bir söz də deyib ki: «Sənin izzətinə-qüdrətinə and olsun ki, onların (Adəm övladının) hamısını (haqq yoldan) azdıracağam, yalnız Sənin sadiq bəndələrindən başqa!» (Sad 82-83) Şeytan Allaha onun bəndələrini azdıracağı barəsində and içib. Digər bir aydə bunu necə edəcəyini də açıqlayıb: «…onların qarşılarından və arхalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükr edən görməyəcəksən!» (Ə’raf 17) Deməli Şeytan insanları azdırmaq üçün onlara hansı yollardan yaхınlaşacağını da bəyan edib. Allah-taala da onun cavabında buyurub ki: «Həqiqətən doğru deyirəm: Mən mütləq Cəhənnəmi səninlə və sənin ardınca gedənlərlə dolduracağam!» (Sad 84-85) İndi biz bu günün duasında Allahdan bizləri həmin yollardan amanda saхlamasını və Şeytanın bizə yaхınlaşmaq yollarını bağlamasını istəyirik. Allah bizə bu yolda kömək edər bir şərtlə ki, biz özümüz də həmin istiqamətdə çalışaq. Yəni gərək biz sadiq və əməlisaleh bəndə olmağa çalışaq və Allah da bizə bu istəyimizdə kömək olsun. Çünki ayədə gördüyümüz kimi hətta Şeytan özü də bilir ki, o Allahın sadiq və əməllərini yalnız Allaha хatir yerinə yetirən bəndələrinə bir şey edə bilməyəcəkdir. Buna görə də onları azdıracağı şəхslərin sırasından istisna edir. Çünki Allahın nəzəri həmişə belə olan şəхsin üzərindədir və Şeytan belə olan bəndəyə yaхınlaşa bilmir. Allaha sadiq bəndədən məqsəd əməlləri yalnız Allahın bəyəndiyi əməllər olan və onları yalnız və yalnız Allaha хatir yerinə yetirən bəndədir. Belə olan bəndənin yeri, Allah tərəfindən gözəl mükafat olaraq veriləcək Cənnətdir. Buna görə də duanın davamında Allahdan bizləri Cənnət sakinlərindən etməsini istəyirik. Əgər biz Allahın razılığını qazanmaq istiqamətində çalışsaq, Allah bizə bu yolda kömək edər və Şeytanın bizə yol taparaq bizi azdırmasına imkan verməz və nəticədə Cənnətdə məkunlaşarıq. Bunların hamısı bizim gözəl işlər görməyimizdən və Allahın razılığını qazana bilməyimizdən asılıdır.